General Aydəmirov: “Polonez” sistemi “İsgəndər”lə rəqabət apara bilər

Xəbərin çap versiyası
Tarix: 13-10-2017, 16:30    |    Xəbər oxunub: 708 dəfə
General Aydəmirov:


“İsgəndər” operativ-taktiki raket kompleksi (OTRK) Rusiya hərbi-sənaye kompleksinin (ISK) ən böyük nailiyyəti hesab edilir. Bəzi hərbi ekspertlərin fikrincə, hədəfin məhv edilməsinin dəqiqliyinə və dağıdıcı qüvvəsinə görə bu silahların analoqları, həmçinin onlarla rəqabət aparmağa qabil olan və onun hava hücumundan müdafiə (HHM) və ya raket hücumundan müdafiə (RHM) sistemlərinin raketlərini vura biləcək silah yoxdur.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sabiq korpus komandiri, hazırda istefada olan general-leytenant Yaşar Aydəmirov bildirib ki, ayrı-ayrı vaxtlarda “Temp-S”, “OKA”, “Luna-M”, “Toçka-U” kimi başqa raket kompleksləri barəsində də buna oxşar fikirlər səslənib. Lakin müasir HHM və RHM sistemlərinin istehsalının inkişafı onunla nəticələnib ki, yuxarıda adları çəkilən raket komplekslərinin bəziləri öz aktuallığını itirib və ya ümumiyyətlə silah təchizatından çıxarılıb.

İstefada olan general-leytenant deyib: “İş elə gətirib ki, silah istehsalçılarının çoxu düşmənə psixoloji təsir göstərmək ümidi ilə öz məhsullarının taktiki-texniki göstəricilərini bir qədər şişirdirlər. Silahın praktiki tətbiqi zamanı bəzən o, gözlənilən nəticələri doğrultmur. “İsgəndər” komplekslərinin bu günə qədər heç bir müharibədə istifadə edilmədiyini, yəni real döyüş əməliyyatlarında tətbiq edilmədiyini nəzərə alsaq, onların imkanları barədə dəqiq fikirlər söyləmək, ən azı, qeyri-ciddi olardı”.

Azərbaycan Silahlı Qüvvələrinin keçmiş korpus komandiri “İsgəndər” kompleksləri ilə rəqabət apara biləcək silahların olmaması fikri ilə əlaqədar qeyd edib ki, belə fikirlərin heç bir hərbi-elmi əsası yoxdur. Bu baxımdan, Belarusda istehsal edilən “Polonez” reaktiv yaylım atəşi sistemi (RYAS) öz texniki xarakteristikalarına görə “İsgəndər”lərdən praktiki olaraq geri qalmır. 2016-cı ilin yayında “Polonez” raket sistemlərinin dövlət sınaqlarında praktiki tətbiq edilməsi onun texniki xarakteristikasında təsvir edilən bütün imkanları uğurla nümayiş etdirdi. ən başlıcası, onlar bütün hədəfləri dəqiqliklə məhv etdilər. Sınaqlardan etibarlı və səmərəli çıxmış bu sistem böyük sahələrdə və maksimum dəqiqliklə zərbə endirməyə qabildir. İstehsalçının bəyan etdiyi məlumatlara görə, “Polonez” 50-280 kilometr, gələcəkdə isə 300 kilometrdən artıq məsafədə düşmənin açıq və örtülü ərazidə yerləşən canlı qüvvəsini, zirehli və zirehsiz hərbi texnikasını, digər obyektlərini məhv etmək üçün nəzərdə tutulub. Bu raket sistemi eyni vaxtda 8 hədəfi vura bilir. Bu halda verilmiş koordinatlardan maksimum uzaqlıqda yayınma 30 metrdən çox olmur. “Polonez” sisteminin yaylım atəşi açmaq üçün raket sistemi olduğunu nəzərə alsaq bu göstəricini xəta hesab etmək olar.

“Polonez”in daha bir üstünlüyü ondan ibarətdir ki, o, çətin keçilən ərazilər üçün nəzərdə tutulmuş MZKT-7930 “Astroloq” adlı təkərli şassi üzərində quraşdırılır. Bu səbəbdən, “Polonez”in mürəkkəb relyefli dağlıq ərazilərdə tətbiq edilməsi heç bir çətinlik yaratmır. Son olaraq qeyd etmək lazımdır ki, ordumuzun “Polonez”lərlə silahlanması, Azərbaycan Silahlı Qüvvələrinin hərbi arsenalının və döyüş qabiliyyətinin qat-qat artması regionda hərbi tarazlıqda bizim üstünlüyümüzü daha da möhkəmlətməyə imkan verəcək. Hazırda dünyada mövcud olan ən güclü silah sistemləri nüvə döyüş başlıqlı qitələrarası ballistik raketlər hesab edilir. Azərbaycanın iqtisadi qüdrəti ölkəmizin bu raket komplekslərini də almasına imkan verir. Lakin buna ehtiyac varmı? Əlbəttə yox. Ona görə ki, bizim düşmənimiz bizdən minlərlə kilometr uzaqda deyil, elə bizim öz ərazimizdədir. Buna görə də bizə döyüş əməliyyatları aparılacaq ərazinin coğrafi məlumatlarına uyğun olan silah növləri lazımdır. Bu baxımdan, tam əminliklə demək olar ki, Azərbaycan ordusunun sərəncamında olan silah və hərbi texnika növləri, o cümlədən çoxməqsədli raket sistemlərinin köməyi ilə nəinki işğal edilmiş ərazilərimizi azad etmək, hətta düşmən ərazisində onun dövlət əhəmiyyətli bütün strateji və hərbi obyektlərini qısa müddətdə məhv etmək olar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Əbülfəz Məlikov vasitəsilə büdcədən yayındırılan gömrük pulları 10 milyardı keçib

Əbülfəz Məlikov vasitəsilə büdcədən yayındırılan gömrük pulları 10 milyardı keçib

Bakıda sürücü qadın qəza törədərək həlak olub:

Bakıda sürücü qadın qəza törədərək həlak olub: qızı yaralanıb

Qurban Qurbanovun milli komandada maaşı məlum oldu

Qurban Qurbanovun milli komandada maaşı məlum oldu

Eldar Mahmudov Akif Çovdarovla üzləşdirilib:

Eldar Mahmudov Akif Çovdarovla üzləşdirilib: həbs yaxınlaşır

ABŞ Suriyada İŞİD-in qalıqlarından yeni ordu yaradır

ABŞ Suriyada İŞİD-in qalıqlarından yeni ordu yaradır

Mehriban Əliyeva ordenlə təltif edilib

Mehriban Əliyeva ordenlə təltif edilib

İraq:

İraq: Terrorçuluq ittihamı ilə 38 nəfər edam olunub

Müdafiə Nazirliyində geniş kollegiya iclası keçirilib

Müdafiə Nazirliyində geniş kollegiya iclası keçirilib

Piyadalar üçün cərimələr artırılsın-

Piyadalar üçün cərimələr artırılsın- TƏKLİF

Bayılda qarşıdurma-

Bayılda qarşıdurma- Eldar Əzizovdan prezidentə şikayət-VİDEO

Metrodan istifadə edənlərin sayı artıb

Metrodan istifadə edənlərin sayı artıb

Ordu, yoxsa qələm?

Ordu, yoxsa qələm?

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur