ATƏT Əliyev-Sarkisyan görüşü ilə bağlı bəyanat yaydı


ATƏT Əliyev-Sarkisyan görüşü ilə bağlı bəyanat yaydı


ATƏT-in fəaliyyətdə olan sədrliyi Azərbaycan və Ermənistan prezidentlərinin ATƏT Minsk qrupunun həmsədrlərinin təşəbbüsü ilə Cenevrədə keçirilən görüşü ilə bağlı bəyanat yayıb.

Bəyanatda bildirilib ki, ATƏT-də sədrliyi həyata keçirən Avstriya tərəfi prezidentlərin görüşünü diqqətlə izləyib və hər iki ölkə prezidentinin yeni səylərini alqışlayır.

“Biz yeni impulsları və prezidentlərin danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görməsini və təmas xəttində gərginliyin azaldılması üçün əlavə addımlar axtarmasını görməkdən məmnunuq” - qeyd olunub.

Bəyanatda, həmçinin vurğulanıb ki, sədrlik bu yeni səylərin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün konkret addımlarda öz əksini tapacağına ümid bəsləyir: “Cəhdlərin mərkəzində sülh planlaşdırılması durmalıdır. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik tərəfindən təmsil olunan ATƏT sədrliyi münaqişə tərəflərinin sülhə nail olması üçün göstərdiyi səylərini bundan sonra da dəstəkləməkdə davam etməyə hazırdır”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu