Qənirə Paşayeva İstanbul universitetinin rektoru ilə Qarabağdan danışıb


Qənirə Paşayeva İstanbul universitetinin rektoru ilə Qarabağdan danışıb



İstanbul Universitetində keçirilən konfransda iştirak etmək üçün Türkiyədə səfərdə olan millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayeva İstanbul Universitetinin rektoru, professor Dr. Mahmut Ak ilə görüşüb.

AFN xəbər verir ki, görüşdə millət vəkili Qənirə Paşayeva bir millət, iki dövlət olan Azərbaycan ilə Türkiyə arasında əlaqələrin bütün istiqamətlərdə daha da inkişaf etməsinin sevindirici olduğunu deyib. Azərbaycan universitetləri ilə Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlığın getdikcə daha da genişlənməsinin vacibliyini qeyd edən millət vəkili Qənirə Paşayeva İstanbul Universiteti ilə Azərbaycanın ali təhsil müəssisələri arasında əməkdaşlığın olmasının və getdikcə dahaa da artmasının məmnuniyyətverici olduğunu deyib. Azərbaycan ilə Türkiyə arasında əməkdaşlığın bütün istiqamətlərində olduğu kimi təhsil sahəsində də ildən-ilə əlaqələrin genişləndiyini vurğulayan millət vəkili Qənirə Paşayeva hər iki ölkənin təhsil müəssisələrində ortaq türk tarixinin, ədəbiyyatının, mədəniyyətinin, həqiqətlərinin tədrisinin vacibliyini də qeyd edib. Millət vəkili Qənirə Paşayeva İstanbul Universitetinin rektoruna Azərbaycan həqiqətləri barədə danışıb. Türk dünyasının ortaq acıları ətrafında da geniş fikir mübadiləsi aparılıb və vurğulanıb ki birliyimizin daha da güclənməsi gənclərimizin ortaq tariximizi yaxşı öyrənməsindən, harada doğulub harada yaşamasından asılı olmayaraq türk gənclərinin bir-birilərinə daha çox sahiblənmələrindən keçir. Azərbaycanı çox sevdiyini deyən İstanbul Universitetinin rektoru, professor Dr. Mahmut Ak qardaş ölkə olan Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində əlaqələrin getdikcə genişlənməsindən məmnunluğunu ifadə edib. Azərbaycanla əməkdaşlığa böyük önəm verdiklərini deyən rektor Azərbaycanın bütün istiqamətlərdə getdikcə daha da inkişaf etməsindən sevindiklərini bildirib və iki ölkə arasında bütün sahələrdə münasibətlərin daha da inkişafından məmnunluğunu ifadə edib. Rəhbərlik etdiyi universitetin də Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini deyən İstanbul Universitetinin rektoru, professor Dr. Mahmut Ak azərbaycanlı tələbələrin təhsil aldıqları İstanbul Universitetində özlərini öz evlərindəki kimi hiss etmələri və yüksək təhsil ala bilmələri üçün imkanlar yaradıldığını deyib. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva İstanbul Universitetinin rektoru, professor Dr. Mahmut Ak Azərbaycan həqiqətləri, mədəniyyəti ilə bağlı materiallar və müəllifi olduğu kitabları hədiyyə edib. Millət vəkili Q. Paşayeva universitetin bir sıra alimləri ilə də görüşüb və geniş fikir mübadiləsi olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu