ATƏT-in yeni baş katibi Qarabağdan danışdı


ATƏT-in yeni baş katibi Qarabağdan danışdı


“Biz Dağlıq Qarabağ münaqişəsini diqqətlə izləyirik”.



APA-nın xəbərinə görə, bunu ATƏT-in yeni baş katibi Tomas Qreminger bəyan edib.

Baş katib bildirib ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin başçılığı ilə missiya təmas xəttində monitorinq aparır.

“Yaxın keçmişdə vəziyyətin gərginləşməsindən narahat idik. Mənim baş katib kimi rolum Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səy göstərən Minsk Qrupunun həmsədrlərinin işinə dəstək verməkdir”, - deyə T.Qreminqer vurğulayıb.

Qeyd edək ki, 56 yaşlı isveçrəli Tomas Qreminqer 2017-ci il, iyulun 18-də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yeni baş katibi seçilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu