Putin Qarabağ məsələsini Təhlükəsizlik Şurasına çıxarıb: “Azı iki il heç nə dəyişməyəcək”

Xəbərin çap versiyası
Tarix: 23-11-2017, 14:56    |    Xəbər oxunub: 558 dəfə
Putin Qarabağ məsələsini Təhlükəsizlik Şurasına çıxarıb:


Rusiya prezidenti Vladimir Putin noyabrın 13-də Soçidə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüşün ardınca Qarabağ məsələsini Kremldə Təhlükəsizlik Şurasının iclasında müzakirəyə çıxarıb. Bu barədə virtualaz.org-a Moskvadakı mötəbər diplomatik qaynaqlardan məlumat daxil olub.



Məlumata əsasən Rusiya Təhlükəsizlik Şurasında müzakirələrin nəticəsi olaraq belə yekun qənaət ortaya qoyulub ki, Moskvanın regiondakı maraqları nəzərə alınmaqla ən azı qarşıdakı iki il ərzində Dağlıq Qarabağ münaqişəsi ətrafındakı mövcud situasiya dəyişməz qalmalıdır. Çünki bu münaqişənin vasitəsilə Ermənistanı və Azərbaycanı nəzarətdə saxlamaq çox asandır.

Xatırladaq ki, Ərdoğan Soçidə Putinlə danışıqlar zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının zəruriliyi və Rusiyanın rolu barədə məsələ qaldırıb. Lakin Türkiyə prezidenti bəyan edib ki, Putin məsələnin həllinə dair o qədər də ümidli deyil. Daha sonra regiona səfəri zamanı Rusiya xarici işlər naziri Sergey Lavrov eyni ruhda bəyanat verib, danışıqlardan yaxın gələcəkdə nəticə gözləmədiyini bildirib.

Ermənistan diplomatik mənbələri də Lavrovun Bakıya və İrəvana dörd günlük səfəri zamanı Qarabağa dair hər hansı sürprizlər və sensasiya baş vermədiyini təsdiqləyir. “168 jam” qəzeti iddia edir ki, erməni tərəfi Madrid prinsiplərindən bir qədər fərqlənən “Lavov planı” üzrə irəliləməyə hazırdır. Lakin Rusiyadan qarantiya tələb edir ki, ətraf ərazilərin qaytarılmasından sonra Azərbaycan daha Qarabağa iddia etməyəcək. Plana əsasən Dağlıq Qarabağa əvvəlcə aralıq status verilir, daha sonra referendum keçirilir. “Bizim mənbələrimiz bildirir ki, Azərbaycan planın bir neçə bəndinə, o cümlədən referendumun keçirilməsinə qarşıdır”-məlumatda deyilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Rusiya telekanalında azərbaycanlı və erməni ekspertlər əlbəyaxa oldu-

Rusiya telekanalında azərbaycanlı və erməni ekspertlər əlbəyaxa oldu- VİDEO

Azərbaycan Mərkəzi Bankı dolların məzənnəsi barədə

Azərbaycan Mərkəzi Bankı dolların məzənnəsi barədə

Bakıda əməliyyat:

Bakıda əməliyyat: "Polkovnik" tutuldu

Parisdə Ermənistan səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib

Parisdə Ermənistan səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib

Azercell-in prezidenti Bakı Mühəndislik Universitetində tələbələrlə görüşüb-

Azercell-in prezidenti Bakı Mühəndislik Universitetində tələbələrlə görüşüb- FOTOLAR

“Kanal 13”ün rəhbərinə hökm oxunub

“Kanal 13”ün rəhbərinə hökm oxunub

“AAAF Park”da 120 ailə soyuqdan donur

“AAAF Park”da 120 ailə soyuqdan donur

Eldar Mahmudov yenə istintaqa çağırıldı, 1 milyard dollara görə dindirildi

Eldar Mahmudov yenə istintaqa çağırıldı, 1 milyard dollara görə dindirildi

Müdafiə nazirinin müavini deputatlara və mediaya çağırış edib

Müdafiə nazirinin müavini deputatlara və mediaya çağırış edib

Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

Yanvarda maaş və pensiyalar artacaq-

Yanvarda maaş və pensiyalar artacaq- RƏSMİ

Deputat:

Deputat: "Mətbuata ordudan yazmağı qadağan etmək doğru deyil"

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur