ABŞ, Rusiya və Fransadan Qarabağla bağlı bəyanat

Xəbərin çap versiyası
Tarix: 7-12-2017, 20:00    |    Xəbər oxunub: 523 dəfə
ABŞ, Rusiya və Fransadan Qarabağla bağlı bəyanat


ATƏT-in Minsk qrupu həmsədrlərinin Vyanada Nazirlər Şurasında iştirak edən nümayəndə heyətlərinin rəhbərləri, Rusiya xarici işlər naziri Sergey Lavrov, ABŞ dövlət katibi Reks Tillerson və Fransanın ATƏT yanında daimi nümayəndəsi Veronika Roger Lacan birgə bəyanat yayıblar.

Bəyanatda deyilir ki, həmsədr ölkələr Helsinki Yekun Aktı və orada göstərilən güc tətbiq etməmə, güc tətbiqi ilə təhdid etməmə, ərazi bütövlüyü, bərabər hüquqluluq və xalqların öz müqəddəratını təyin etmə prinsiplərini əsas götürərək Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün vasitəçilik missiyasında birgə mövgedən çıxış etdiklərini bir daha təsdiq edirlər.

“Biz region xalqlarının həqiqətən barışması üçün yeganə yol olan münaqişənin danışıqlar yolu ilə həllinə dair birgə öhdəliyimizi bir daha təkrarlayırıq. Danışıqların oktyabrın 16-da Vyanada yüksək səviyyədə bərpasını və ATƏT-in Minsk qrupu həmsədrlərinin təşkilatçılığı ilə xarici işlər nazirlərinin dünənki görüşünü alqışlayırıq. İntensiv dialoqdan razılığımızı ifadə edirik və tərəfləri öz səylərini siyasi nizamlanmasının substantiv məsələlərində güzəştli həllə kökləməyə çağırırıq. Hər hansı təxirəsalma vəziyyəti yalnız çətinləşdirə və tərəflərin davamlı həllə nail olmaq istiqamətindəki öhdəliklərini sual altına qoya bilər”, - deyə bəyanatda vurğulanıb. (APA)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Yanvarda maaş və pensiyalar artacaq-

Yanvarda maaş və pensiyalar artacaq- RƏSMİ

Deputat:

Deputat: "Mətbuata ordudan yazmağı qadağan etmək doğru deyil"

Bakıda “Texnologiyalar və İnnovasiyalar:İqtisadi islahatlar və inkişaf perspektivləri” mövzusunda konfrans keçirilib

Bakıda “Texnologiyalar və İnnovasiyalar:İqtisadi islahatlar və inkişaf perspektivləri” mövzusunda konfrans keçirilib

Bakıya 20 ədəd avtobus gətirilib-

Bakıya 20 ədəd avtobus gətirilib- FOTOLAR

Diaspor rəhbəri Ukraynanın aparıcı KİV nümayəndələri ilə görüşdü-

Diaspor rəhbəri Ukraynanın aparıcı KİV nümayəndələri ilə görüşdü- FOTOLAR

Silahlı Qüvvələrin rəhbər heyətinin toplantısı keçirilir-

Silahlı Qüvvələrin rəhbər heyətinin toplantısı keçirilir- FOTOLAR

MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

"Bakcell"ə Qərbi Kaspi Universiteti arasında əməkdaşlıq memorandum imzalanıb- FOTOLAR

Kərəm Həsənov Ağcabədidə vətəndaş qəbulu keçirib

Kərəm Həsənov Ağcabədidə vətəndaş qəbulu keçirib

Gəncəyə qarşı təxribat xarakterli yazıların SİFARİŞÇİSİ bəlli oldu-

Gəncəyə qarşı təxribat xarakterli yazıların SİFARİŞÇİSİ bəlli oldu- “Şikayətçilərin” XAÇ ATASI var imiş

Patent və Əmtəə Nişanları Mərkəzi 2017-ci il üzrə “UĞUR” Milli Mükafatının laureatı elan edilib

Patent və Əmtəə Nişanları Mərkəzi 2017-ci il üzrə “UĞUR” Milli Mükafatının laureatı elan edilib

ATMU-da “Turizm biznesi: təhsildən karyera doğru” adlı tədbir keçirilib-

ATMU-da “Turizm biznesi: təhsildən karyera doğru” adlı tədbir keçirilib- FOTOLAR

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur