Qənirə Paşayeva İstanbulda Qarabağla bağlı Türk dünyasına çağırış edib- FOTOLAR

Xəbərin çap versiyası
Tarix: 20-01-2018, 16:53    |    Xəbər oxunub: 606 dəfə
Qənirə Paşayeva İstanbulda Qarabağla bağlı Türk dünyasına çağırış edib-


İstanbulda Sarıqamış şəhidlərinin xatirəsinə həsr edilmiş tədbirdə çıxış edən millət vəkili, siyasi elmləri doktoru, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva təşkilatçılara belə önəmli tədbirin təşkili üçün təşəkkürünü bildirib və Türkiyəmiz, Azərbaycanımız üçün canlarını fəda edən bütün şəhidlərimiz nur içində yatsın, onları hər zaman sevgi ilə anacağıq deyib.



Q.Paşayeva Sarıqamışda yaşanan böyük acı, o ağır günlərdə Azərbaycan türklərinin Anadoluda yaşayan qardaş-bacılarımızın yanında olması, rus imperiyası tərəfindən Nargin adasına əsir götürülmüş insanlarımızı xilas etmək üçün etdikləri fəadakarlıqlar barədə danışıb və onlar bizə qardaşlığın nə olduğu kimi gözəl örnəklər qoyublar və sonra eynu ruh Çanaqqalada, Bakının erməni daşnakları və arxasındakı güclərdən təmizlənməsi zamanı da davam edib deyib. Bütün Müsəlman Şərqində ilk Cümhuriyyət quran Azərbaycanın 20-əsrin sonlarında tərar müstəqilliyini bərpa etməsi, 20 Yanvar barədə danışan Q.Paşayeva Türk dünyasına səslənərək topluma örnək olaraq bugünki və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox anlatmalıyıq deyib. Bunun üçün isə ilk növbədə biz biri-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq. Bu gün Türk dünyasının müxtəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlərdən danışan millət vəkili Qənirə Paşayeva Türk milləti 100 il sonra yeni bir Çanaqqaladan keçir və güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik deyib. Q. Paşayeva “Azərbaycan və Türkiyə bir millət iki dövlətdir” deyərək bu birliyin dosta da, düşmənə də bir məsaj olduğunu söyləyib. Azərbaycanın ümummimilli lideri Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir”, Azərbaycan Prezidenti İlham Əliyevin “Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü Türkiyənin gücüdür” düşüncəsini xüsusi vurğulayan Qənirə Paşayeva çıxışında Azərbaycanın və Türk dünyasının ən böyük problemlərindən olan Qarabağ problemindən, Xocalı soyqırımından, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından danışaraq bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağın işğaldan azad edilməsi üçün çalışmalıdır:” Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq”. Bu məsələdə siyasətçilər, aydınlar, yazar, şair, araşdırmacı QHT və KİV-lərin üzərinə çox böyük missiya düşdüyünü xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva onları daha fəal olmağa çağırıb. Millət vəkili son günlər bölgədə daha da gərginləşən vəziyyət barədə də danışıb və Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır deyərək münasibətlərimizin daha da inkişafı istiqamətində görülən işlər barədə də geniş məlumat verib. O, İstanbulun Beylükdüzü bölgəsində Qarabağ parkının salınması və abidənin qoyulması ilə bağlı səhnədən bələdiyyə başqanına müraciət edərək təklifini səsləndirib və bu cür addımların önəmindən də danışıb. Millət vəkili “Biz birlikdə Azərbaycan və Türkiyəyə qarşı terror hadisələri, cinayətlər, işğallar həyata keçirənlərə qarşı mübarizəmizi daha da gücləndirməliyik, gücləndiririk və inşallah onların ədalət qarşısında cavab vermələrinə də nail olacağıq” deyib. Qənirə Paşayeva çıxışını “inşallah yaxın zamanlarda belə tədbirləri birlik və bərabərlik içində Ermənistanın işğalından azad edəcəyimiz Dağlıq Qarabağımızda və digər o gözəl bölgələrimizdə də birlik və bərabərlik içində qeyd edək. İnanırıq ki, o gün uzaqda deyil” deyərək bitirib və tədbirin təşkilatçılarına təşəkkürünü bildirib. Tədbirin sonunda millət vəkili Qənirə Paşayevaya bir sıra QHT təmsilçiləri, fəal aydınlarla görüşüb və KİV-nə geniş müsahibələr verib.

Qənirə Paşayeva İstanbulda Qarabağla bağlı Türk dünyasına çağırış edib-


Qənirə Paşayeva İstanbulda Qarabağla bağlı Türk dünyasına çağırış edib-


Qənirə Paşayeva İstanbulda Qarabağla bağlı Türk dünyasına çağırış edib-

Qənirə Paşayeva İstanbulda Qarabağla bağlı Türk dünyasına çağırış edib-

Qənirə Paşayeva İstanbulda Qarabağla bağlı Türk dünyasına çağırış edib-





AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Amerika Yəhudi Komitəsinin prezidenti İlham Əliyevlə danışıqlarda

Amerika Yəhudi Komitəsinin prezidenti İlham Əliyevlə danışıqlarda

Arif Qasmımov müəllimləri hədələyərək stadiona gətirir-

Arif Qasmımov müəllimləri hədələyərək stadiona gətirir- FOTOLAR

Qənirə Paşayeva Hollandiya parlamentinin qərarı və Fransa prezidentinin qondarma erməni soyqırımı ilə bağlı açıqlamasına sərt etiraz edib

Qənirə Paşayeva Hollandiya parlamentinin qərarı və Fransa prezidentinin qondarma erməni soyqırımı ilə bağlı açıqlamasına sərt etiraz edib

Bərdədə övladlarını yanğından xilas edən ata xəsarət aldı

Bərdədə övladlarını yanğından xilas edən ata xəsarət aldı

Magistraturaya qəbul imtahanı keçirilib

Magistraturaya qəbul imtahanı keçirilib

Afrində türk əsgər şəhid olub

Afrində türk əsgər şəhid olub

Qış Olimpiya Oyunları başa çatdı

Qış Olimpiya Oyunları başa çatdı

"Türklər ermənilərə soyqırım etmiş" deyən Hollandiyanın SOYQIRIM KEÇMİŞİ

İsrail kəşfiyyatı Suriyada Rusiyanın məxfi Su-57 qırıcılarını görüntülədi

İsrail kəşfiyyatı Suriyada Rusiyanın məxfi Su-57 qırıcılarını görüntülədi

Hərbçiləri daşıyan avtobus aşdı-

Hərbçiləri daşıyan avtobus aşdı- xəsarət alanlar var

Slavyan Universiteti ilə Təhsil Nazirliyi üz-üzə:

Slavyan Universiteti ilə Təhsil Nazirliyi üz-üzə: Əcnəbi tələbələr universitetdən niyə qovulur?

Başına 4 milyon qoyulan keçmiş PYD lideri ələ keçirildi

Başına 4 milyon qoyulan keçmiş PYD lideri ələ keçirildi

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur