Qənirə Paşayeva AŞ PA-ya Sarkisyanla bağlı iradlar səsləndirib


Qənirə Paşayeva AŞ PA-ya Sarkisyanla bağlı iradlar səsləndirib


Bu gün AŞ PA Azad Demokratlar Qrupu toplantısında çıxış edən millət vəkili Qənirə Paşayeva işğalçı Ermənistanın prezidenti Serj Sarkisyanın AŞ PA-ya çıxış üçün dəvət olunmasına Azərbaycan nümayəndə heyəti adından etiraz bildirib.

Bu barədə AFN-ə millət vəkili özü məlumat verib: "Çıxışımda vurğuladım ki, Serj Sarkisyan AŞ PA üzvü olan Azərbaycanın torpaqlarını işğal etmiş və 25 ildir ki işğalda saxlayan, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz evinə dönməsinə imkan verməyən, Xocalı soyqırımını törədən bir ölkənin prezidentidir. Eyni zamanda, Sarkisyanın birbaşa bu dəhşətli cinayətlərdə əli olduğunu vurğulayaraq bildirdim ki, məhz o, prezident kimi AŞ PA-nın Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarını azad etməyi, köçkünlərin öz evlərinə dönməsinə imkan verməyi tələb edən 1416 saylı qətnaməsini,Sərsəng su anbarı ilə bağlı qətnaməni yerinə yetirməkdən imtina edir. AŞ PA qətnamələrini yerinə yetirməyərək işğalı davam etdirən bir prezidentin quruma dəvət olunaraq çıxış verilməsini kəskin qınadığımızı xüsusi vurğuladım. Bildirdim ki, AŞ PA ikili standartlardan əl çəkməlidir. Vurğuladım ki, AŞ PA rəhbərliyi və qrup adından çıxış edəcək həmkarımız məhz bu məsələləri Ermənistan prezidenti qarşısında sərt şəkildə qaldırmalıdır və ondan AŞ PA qətnamələrinin yerinə yetirilməsini, qeyri-qanuni olaraq girov saxladıqları azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyevin dərhal azadlığa buraxılmasını, ön cəbhə bölgələrində azərbaycanlı uşaqlara qaşı törətdikləri cinayətlərə son qoymalarını, bu cinayətləri törədənlərin ədalət qarşısında cavab verməsi məsələlərini tələb etməlidirlər. AŞ PA üzvü olan Azərbaycanın xalqının, öz evinə dönə bilməyən 1 milyon azərbaycanlının, Dilqəm Əsgərov və Şahbaz Quliyevin ailəsinin, Ermənistanın qətlə yetirdiyi insanların, uşaqların ailələrinin Assambleyadan məhz bunu gözlədiklərini xüsusi vurğuladım və bildirdim ki, ikili standartlar Azərbaycan xalqında bu təşkilata qarşı ciddi inamsızlıq yaradıb. Çünki Azərbaycan xalqı, öz evinə dönə bilməyən insanlar AŞ PA-nın özünün qəbul etdiyi qərarların yerinə yetirilməsi üçün işğalçı ölkəyə ciddi təzyiq göstərməməsinə etiraz edirlər və onların səsini AŞ PA duymalıdır".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu