Həmsədrlər Sarkisyanı Bakı görüşü barədə məlumatlandırdı


Həmsədrlər Sarkisyanı Bakı görüşü barədə məlumatlandırdı


İrəvanda səfərdə olan ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistan prezidenti Serj Sarkisyanla görüşüb.

AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, həmsədrlər Bakıda keçirdikləri görüşlər barədə Ermənistan prezidentini məlumatlandırıb.

Görüş iştirakçıları tərəflərin münaqişənin dinc yolla həllinə hesablanan danışıqlar prosesinə sadiqliyinin vacibliyini, həmçinin Vyana, Sankt-Peterburq və Cenevrədə sammitlər zamanı əldə olunan razılaşmalara əməl olunmasının əhəmiyyətini vurğulayıblar.

Həmsədrlər, eyni zamanda Sarkisyana iş planlarını təqdim ediblər.

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskonti, Rusiyadan olan həmsədr İqor Popov, ABŞ-dan olan həmsədr Endrü Şofer və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik Bakı səfərindən sonra İrəvana yollanıblar. Həmsədrlər Bakıda prezident İlham Əliyevlə görüş keçiriblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu