Sakarya Erenlerdə Xocalı parkı və abidəsinin açılışı olub FOTO/VİDEO

Xəbərin çap versiyası
Tarix: 13-02-2018, 13:04    |    Xəbər oxunub: 992 dəfə
Sakarya Erenlerdə Xocalı parkı və abidəsinin açılışı olub


Şakaryanın ən böyük bölgələrindən biri olan Erenlərin mərkəzində Xocalı parkı və Xocalı abidəsinin açılışı olub.

AFN xəbər verir ki, açılışında Azərbaycan və Türkiyə millət vəkilləri, ziyalıları, Sakarya bələdiyyə başqanı və valisi, Erenlər bələdiyyə başqanı, İLESAM başqanı, QHT, media nümayəndələri, Türk dünyasının müxtəlif bölgələrindən gəlmiş aydınlar və yüzlərlə yerli sakin iştirak edib.
Erenlər bələdiyyəsinin başqanı çıxışında Xocalı parkı və abidəsinin Erenlerde olmasının önəmini xüsusi vurğulayıb və hər zaman qardaş Azərbaycanın yanındayıq deyib.
Layihənin həyata keçirtilməsinə dəstək olan İLESAM-ın başqanı Mehmet Nuri Parmaksız Xocalı soyqırımından danışıb və həqiqətlərin dünyaya çatdırılmasında aydınların üzərinə düşən vəzifələri xüsusi vurğulayıb. İLESAM-ın başqanı Mehmet Nuri Parmaksız Xocalı parkı və abidəsinin Erenlerdə açan bələdiyyə başqanının rəhbərlik etdiyi qurum tərəfindən "Türk dünyasına xidmət" medalına layiq görüldüyünü deyib və medalı ona təqdim edib.
Bir müddət əvvəl Sakaryaya səfəri, rəsmi görüşlərdə və tədbirlərdə Sakaryada və onun bölgələrində Qarabağ, Xocalı parkı və abidələrinin açılması çağırışını etdiyini və Sakarya rəsmilərindən bu təkliflərə dəstək gəldiyini deyən millət vəkili Qənirə Paşayeva Erenlər bələdiyyə başqanına və əməyi keçən hər kəsə təşəkkür və "Azərbaycan və Türkiyə üçün şəhid olmuş qəhrəmanlarımızın ruhu qarşısında baş əyirik" sözləri ilə çıxışına başlayıb. Millət vəkili bildirib ki, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün Türkiyənin bir çox şəhərlərində “Xocalı”, “Qarabağ” və s. adı ilə abidələr və parkların açılması ənənəsi davam edir. Xocalı parkı və abidəsinin bundan sonra erenlilərin ən çox ziyarət yerinə çevriləcəyinə inandığını deyib. Qarabağda günahsız insanlara edilən erməni zülmünün hər türkün yaddaşlarına həkk etməsi üçün, elə bu abidənin önündə yazılan məlumatları oxuması kifayət edəcəyi bildirilib. Qənirə Paşayeva çıxışında tədbir iştirakçılarına Qarabağ həqiqətləri və abidə ilə bağlı geniş məlumatlar verib, abidənin hazırlanmasında dəstək göstərən və əməyi olan hər kəsə təşəkkürünü bildirib. O, Azərbaycan və Türkiyə qardaşlığının atılan hər addımda, ərsəyə gələn bütün işlərdə özünü ortaya qoyduğunu deyib: “Hər bir türk övladı həm də Qarabağlıdır. Siz nə qədər Qarabağlı olarsanız, səsimizi dünyaya o qədər çox çatdıra bilərik. Axı o torpaqlarda günahsızca qətl edilən insanlar bizim qardaş-bacılarımızdı. Fevralın 26-sı qədim Xocalımızın işğal olunduğu gündür və bizim hamımız üçün çox ağır bir gündür, birlikdə bu işğalların bitməsi üçün daha da çox çalışmalıyıq. Birliyimizi daha da gücləndirməliyik.
Millət vəkili Xocalıda dinc sakinlərin, uşaqların erməni faşistləri tərəfindən vəhşiçəsinə öldürülməsindən də danışıb. Bu zülmə dünya birliyinin səssiz qaldığını deyib. Çıxışlarda bir daha bu zülümlərin yaşanmaması üçün gəncliyin Qarabağda baş verənləri yaddaşlarına yazmağın zəruriliyi dilə gətirilib, belə abidələr və parkalar Türkiyənin dörd bir yanında açılmalıdır deyilib:“Biz birlikdə Azərbaycan və Türkiyəyə qarşı terror hadisələri, cinayətlər işğallar həyata keçirənlərə qarşı mübarizəmizi daha da gücləndirməliyik, gücləndiririk və inşallah onların ədalət qarşısında cavab vermələrinə də nail olacağıq. Cənab prezident əsl qardaşlığın necə olduğunu hər kəsə göstərdi və dosta da düşmənə də çox önəmli mesaj oldu. Dədələrimiz birlik və bərabərlik içində bizə zəfərin yolunu göstərdi və yenə də birlik, bərabərliyimizi daha da gücləndirib zəfər qazanacağıq”.O, bildirib ki, bu gün Türkiyədə bu cür tədbirlərimizin keçirilməsi çox önəmlidir.“Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. İnşallah yaxın zamanlarda belə tədbirləri birlik və bərabərlik içində Ermənistanın işğalından azad edəcəyimiz Dağlıq Qarabağımızda və digər o gözəl bölgələrimizdə də birlik və bərabərlik içində qeyd edək. İnanırıq ki, o gün uzaqda deyil. Bütün türk, müsəlman çoğrafiyasında yaşayan, bu gün acı və kədər içində olan qardaş-bacılarımıza dəstək olmalıyıq və mən sizi bu gün Qarabağda, Suriyada Bayırbucaqda, İraqda, Təlafərdə, Kərkükdə, Krımda, Axısxada harada əziyyət çəkən insanımız varsa, onlara hər zaman əlinizdən gələn köməyi əsirgəməməyə çağırıram. Allah insanımıza hər zaman hər yerdə yardımçı olsun”. Azərbaycan millət vəkili Sona Əliyeva da Xocalı Soyqırımı ilə bağlı geniş çıxış edib və soyqırım törədənlərin ədalət qarşısında cavab verməsinə nail olmaq üçün Türk dünyasının birlikdə çalışmasının vacibliyini xüsusi vurğulayıb və əməyi keçənlərə təşəkkür edib. Sakarya millət vəkilləri və valisi də çıxış edərək Xocalı Soyqırımından geniş danışıblar və hər zaman qardaş Azərbaycanın yanındayıq deyiblər. Sonra parkın və abidənin açılışı olub və layihənin həyata keçməsində əməyi olanlara xatirə plaketləri təqdim olunub. Tədbirdə Azərbaycanın İstanbuldakı baş konsulluğunun rəsmiləri də iştirak ediblər.

Sakarya Erenlerdə Xocalı parkı və abidəsinin açılışı olub

Sakarya Erenlerdə Xocalı parkı və abidəsinin açılışı olub

Sakarya Erenlerdə Xocalı parkı və abidəsinin açılışı olub

Sakarya Erenlerdə Xocalı parkı və abidəsinin açılışı olub

Sakarya Erenlerdə Xocalı parkı və abidəsinin açılışı olub

Sakarya Erenlerdə Xocalı parkı və abidəsinin açılışı olub

Sakarya Erenlerdə Xocalı parkı və abidəsinin açılışı olub

Sakarya Erenlerdə Xocalı parkı və abidəsinin açılışı olub

Sakarya Erenlerdə Xocalı parkı və abidəsinin açılışı olub

Sakarya Erenlerdə Xocalı parkı və abidəsinin açılışı olub

Sakarya Erenlerdə Xocalı parkı və abidəsinin açılışı olub

Sakarya Erenlerdə Xocalı parkı və abidəsinin açılışı olub

Sakarya Erenlerdə Xocalı parkı və abidəsinin açılışı olub

Sakarya Erenlerdə Xocalı parkı və abidəsinin açılışı olub











AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
“Azərbaycan: tarixi-coğrafi məkan adından müstəqil siyasi dövlətə kimi”-

“Azərbaycan: tarixi-coğrafi məkan adından müstəqil siyasi dövlətə kimi”- Şəhla Cabbarlı yazır

Azərbaycanın dünya çempionu həbs edildi-

Azərbaycanın dünya çempionu həbs edildi- İşgəncə faktları…

"Özünüməşğulluq" proqramı ilə bağlı daha bir biabırçı FAKT+FOTOLAR

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu

Sabiq deputatın şirkətində 600 manat maaş alan direktora 9 milyonluq kreditə qol çəkdirilib

Sabiq deputatın şirkətində 600 manat maaş alan direktora 9 milyonluq kreditə qol çəkdirilib

Prezident 5 komissiyanın tərkibində dəyişiklik edib-

Prezident 5 komissiyanın tərkibində dəyişiklik edib- SİYAHI

Nohur balıqçılığı təsərrüfatlarının sahibləri ilə görüş keçirilib

Nohur balıqçılığı təsərrüfatlarının sahibləri ilə görüş keçirilib

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib-

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib- FOTOLAR

Mətbuat Şurasında Qətərdən və Livandan olan bir qrup jurnalistlə görüş keçirilib-

Mətbuat Şurasında Qətərdən və Livandan olan bir qrup jurnalistlə görüş keçirilib- FOTOLAR

BNA ilə Milli Paralimpiya Komitəsi arasında memorandum imzalanıb

BNA ilə Milli Paralimpiya Komitəsi arasında memorandum imzalanıb

İnam Kərimov nazirliyin xaricdə təhsil almış əməkdaşları ilə görüşüb-

İnam Kərimov nazirliyin xaricdə təhsil almış əməkdaşları ilə görüşüb- FOTOLAR

Vikipediyaçılar milli qəhrəmanlarla haqda dörd xarici dildə məqalə yaradıblar

Vikipediyaçılar milli qəhrəmanlarla haqda dörd xarici dildə məqalə yaradıblar

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur