“AS Qrup İnvestment”də Xocalı faciəsi anılıb


“AS Qrup İnvestment”də Xocalı faciəsi anılıb


“AS Qrup İnvestment” şirkəti Xocalı soyqırımının anımı münasibəti ilə Bakı məktəblərində intellektual vətənpərvərlik yarışı keçirir. Faciəyə həsr olunmuş “Vətənə qayıdış” adlı müsabiqədə 4 məktəb iştirak edir.

Yarışın şərtlərinə görə komandalar Azərbaycan inzibati xəritəsi üzərində müxtəlif istiqamətlərdən Xocalı ərazisinə doğru hərəkət edirlər. Verilən suallara doğru cavab tapan komanda irəliyə doğru hərəkət edir və addım-addım irəliləməklə Xocalı ərazisinə birinci çatan qalib seçilir.

Akademik Zərifə Əliyeva adına Lisey, Humanitar fənnlər üzrə lisey, Gənc İstedadlar Liseyi və 6 nömrəli məktəbin 8-9-cu sinif şagirdləri arasında keçirilən bu intellektual yarışın məqsədi yeniyətmələr arasında vətənpərvərlik ruhunun yüksəldilməsi və maarifçiliyə dəstəkdir.

Müsabiqənin ilk mərhələsi məktəblərin daxili komandaları arasında keçirilir və qalib gələn komanda final mərhələsin adlayır. 19-21 fevral tarixlərində adı qeyd edilən məktəblərdə “Vətənə qayıdış” intellektual yarışmasının seçim turları keçirilib. Qalib komandalar 26 fevral tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Kitabxanasında keçiriləcək final yarışmasına vəsiqə qazanıblar.

Final mərhələsində yarışacaq komandalar tutacaqları yerlərə uyğun kitab mağazasından müxtəlif dəyərlərdə hədiyyə kuponları qazanacaqlar.

“AS Qrup İnvestment”də Xocalı faciəsi anılıb

“AS Qrup İnvestment”də Xocalı faciəsi anılıb

“AS Qrup İnvestment”də Xocalı faciəsi anılıb

“AS Qrup İnvestment”də Xocalı faciəsi anılıb



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu