İzmirdə Xocalı Soyqırımının qurbanları anılacaq


İzmirdə Xocalı Soyqırımının qurbanları anılacaq


Türkiyənin İzmir şəhərində fəaliyyət Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyəti Xocalı Soyqırımının 26-cı ildönümü münasibətilə tədbir təşkil edəcək. Bu barədə məlumatı AFN-ə diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk verib.



“Cəmiyyət bu tədbiri Türk Ocaqları İzmir şöbəsi ilə birgə həyata keçirəcək. Tədbir, fevralın 24-də 13.00-da İzmirin mərkəzi meydanında icra hakimiyyətinin önündə keçiriləcək. Soyqırımla bağlı mətbuat açıqlama veriləcək. Dah sonra tədbir foto sərgi, İzmirə xas olan ehsan – lokma verilməsi və broşura dağıtımı şəklində həyata keçiriləcək. Tədbiri cəmiyyətin qurucusu olduğu “Terrora Qarşı Tək Ürək Layihəsi” və digər qeyri-hökümət təşkilatları da dəstək verəcəklər”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu