Türkiyədən "erməni soyqırımı"nı tanıyan Hollandiyaya sərt etiraz


Türkiyədən "erməni soyqırımı"nı tanıyan


Rəsmi Ankara 1915-ci il hadisələrini “soyqırım” kimi tanıyan Hollandiyaya etirazını bildirib.

Türkiyənin Xarici İşlər Nazirliyi Hollandiya parlamentinin qondarma "erməni soyqırımı" ilə bağlı qərarını şiddətlə qınayıb.

XİN-in yaydığı məlumatda bildirilib ki, Hollandiya parlamentinin qərarı hüquqazidd və qəbulolunmazdır: "Bu, əsassız qərardır, rəsmi əhəmiyyəti yoxdur"

Qeyd edək ki, bu gün Hollandiya parlamentində 1915-ci il hadisələrini “soyqırım” kimi tanıyan qanun layihəsi səsverməyə çıxarılıb. Səsvermə nəticəsində qanun layihəsi qəbul olunub. Bununla Hollandiya parlamenti uydurma "erməni soyqırımı"nı rəsmən tanıyıb.(Azvision)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu