Rusiyalı jurnalist Azərbaycan xalqından üzr istədi

Xəbərin çap versiyası
Tarix: 23-02-2018, 14:27    |    Xəbər oxunub: 694 dəfə
Rusiyalı jurnalist Azərbaycan xalqından üzr istədi

Rusiya Federasiyası vətəndaşı, “Rodnik” qəzetinin jurnalisti Svetlana Sarıçeva Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib.

XİN-dən verilən məlumata görə, məktubunda Svetlana Sarıçeva 2012-ci ildə Dağlıq Qarabağa səfər etdiyini bildirib və səfərinin doğuracağı nəticələr barədə məlumatlı olmadığını ifadə edib. O, bu səfərin Azərbaycan Respublikasına və xalqına qarşı heç bir halda hörmətsizlik anlamı daşımadığını vurğulayıb.

Svetlana Sarıçeva Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə və qanunlarına hörmət etdiyini qeyd edərək, sözügedən səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini qeyd edib.

Səfərlə əlaqədar təəssüfünü ifadə edərək, S.Sarıçeva Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinə səfərin heç bir halda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təşviqinə xidmət etmədiyini ifadə edib.

Həmçinin o, Azərbaycan hökumətinin müvafiq razılığı olmadan, gələcəkdə Azərbaycanın işğal edilmiş ərazilərinə səfər etməyəcəyini vurğulayıb.

S.Sarıçeva gələcəkdə Azərbaycan təbiətinin gözəlliyindən zövq almaq məqsədilə ailəsilə birlikdə ölkəmizə səfər etməsi üçün icazə verilməsini xahiş edib.

Onun müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru

Diqqətinizi çəkə biləcək digər xəbərlər
Fransa nümayəndə heyəti Cocuq Mərcanlıya səfər edib

Fransa nümayəndə heyəti Cocuq Mərcanlıya səfər edib

Fəal qadınlarımız və araşdırmaçı-yazar Sara Pourun iştirakı ilə

Fəal qadınlarımız və araşdırmaçı-yazar Sara Pourun iştirakı ilə "Uğurun açarı-Özgüvən" adlı tədbir keçirildi

Yeni klipini təqdim edən Mələkdən iddialı sözlər:

Yeni klipini təqdim edən Mələkdən iddialı sözlər: Heç vaxt bayağı mahnılar oxumayacam-VİDEO+FOTO

Sabah Lənkəranda içməli suyun verilməsi dayandırılacaq

Sabah Lənkəranda içməli suyun verilməsi dayandırılacaq

ETSN hər kəsi “Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisinə dəvət edir

ETSN hər kəsi “Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisinə dəvət edir

Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb

Polşadakı ermənilərdən təxribat:

Polşadakı ermənilərdən təxribat: Azərbaycan diaspor təşkilatı hərəkətə keçdi

Qənirə Paşayeva MM-də bir qrup şəhid ailəsinin təkliflərini səsləndirdi-

Qənirə Paşayeva MM-də bir qrup şəhid ailəsinin təkliflərini səsləndirdi- VİDEO

Abel Məhərrəmovun işdən çıxarılması xəbəri  təsdiqləndi-

Abel Məhərrəmovun işdən çıxarılması xəbəri təsdiqləndi- SƏRƏNCAM

“Renessans Palace”da payız kampaniyası davam edir

“Renessans Palace”da payız kampaniyası davam edir

“Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi davam edir

“Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi davam edir

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 
Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur