Ədirnənin mərkəzində Azərbaycan küçəsi və Qarabağ parkı olacaq


Ədirnənin mərkəzində Azərbaycan küçəsi və Qarabağ parkı olacaq


Ədirnədə konfrans keçirmək üçün bu bölgəyə səfər edən millət vəkili Qənirə Paşayeva Ədirnə valisi Günay Özdemirlə görüşüb.

AFN xəbər verir ki, İstanbul Türk Ocaqları rəhbəri Cezmi Bayram və Ədirnə Türk Ocaqları rəhbərləri Yakup Öz, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırovanın da iştirak etdiyi görüş zamanı Qənirə Paşayeva vali ilə Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı fikir mübadiləsi aparıb və yaxın zamanlarda Ədirnənin mərkəzi küçələrindən birinə Azərbaycan, mərkəzi parklardan birinə isə Qarabağ adının veriləcəyinə, orada abidə ucaldılacağına inandığını deyib və bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb.
Ədirnədə Azərbaycan küçəsi və Qarabağ parkının dosta da, düşmənə də önəmli bir mesaj olacağını deyən millət vəkili Q.Paşayeva gənc nəsillərimiz üçün də bu addımın vacibliyini xüsusi vurğulayıb. Azərbaycanı çox sevdiyini deyən Ədirnə valisi Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyib. O, həmçinin qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını, hər zaman qardaş Azərbaycanın yanında olduğunu və millət vəkili Qənirə Paşayevanın qədim Ədirnədə Azərbaycan küçəsi və Qarabağ parkı abidəsi ilə bağlı təkliflərini müsbət qiymətləndirdiklərini bildirərək bu təkliflərə qısa zamanda mütləq baxılacağını və həllini tapacağını deyib.
Azərbaycana böyük sevgiləri və bu önəmli addım üçün bələdiyyə başqanına təşəkkür edən millət vəkili Q.Paşayeva ölkəmizin tarixi, mədəniyyəti, Qarabağ, Xocalı soyqırımı həqiqətləri ilə bağlı geniş məlumatlar verib, müzakirə aparıb.

Ədirnənin mərkəzində Azərbaycan küçəsi və Qarabağ parkı olacaq

Ədirnənin mərkəzində Azərbaycan küçəsi və Qarabağ parkı olacaq



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu