Xocalı uşaqların gözü ilə...


Xocalı uşaqların gözü ilə...


2018-ci ilin 24 fevral tarixində Azərbaycanın Britaniyadakı Səfirliyinin dəstəyi ilə Səfirlikdə London Azərbaycanlı Qadınlar Klubu tərəfindən Xocalı soyqırımına həsr olunmuş “Xocalı – Uşaqların gözü ilə” adlı rəsm sərgisi təşkil edilmişdir. Azərbaycan Respublikasının dövlət himni ilə başlamış sərgidə Britaniyada yaşayan azərbaycanlı uşaqların Xocalı soyqırımı ilə bağlı rəsm əsərləri nümayiş etdirilmişdir.



Daha sonra tədbirin təşkilatçısı Sevil Aslanova çıxış edərək qonaqlara Xocalı soyqırımı və ümumilikdə Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzkar siyasəti barədə ətraflı məlumat vermişdir.

Öz növbəsində Azərbaycanın Britaniyadakı Səfiri Tahir Tağızadə Sevil Aslanovaya təşəkkür etmiş və bugünki sərgidə məhz uşaqların əl işlərinin nümayiş edilməsini alqışlayaraq, Britaniyada yaşayan azərbaycanlı uşaqların bu cür vətənpərvər ruhda böyüməsini təqdirəlayiq hal kimi qiymətləndirmişdir.

Daha sonra uşaqların çəkdikləri rəsm əsərləri qonaqlara nümayiş olunmuş və uşaqlara Səfirlik adından hədiyyələr təqdim edilmişdir.

Tədbirdə, həmçinin gənc ifaçı Ayda Müşərrəf “Sarı Gəlin” mahnısını ifa etmişdir.

Sərgidə Britaniya-Azərbaycan parlamentlərarası işçi qrupunun sədri, Milli Məclisin üzvü Cavanşir Feyziyev, London Azərbaycanlı Qadınlar Klubunun üzvü olan xanımlar və onların uşaqları, Səfirlik əməkdaşları və onların ailə üzvləri, eləcə də media nümayəndələri iştirak etmişdir.

Xocalı uşaqların gözü ilə...

Xocalı uşaqların gözü ilə...

Xocalı uşaqların gözü ilə...

Xocalı uşaqların gözü ilə...

Xocalı uşaqların gözü ilə...

Xocalı uşaqların gözü ilə...

Xocalı uşaqların gözü ilə...

Xocalı uşaqların gözü ilə...

Xocalı uşaqların gözü ilə...

Xocalı uşaqların gözü ilə...

Xocalı uşaqların gözü ilə...

Xocalı uşaqların gözü ilə...

Xocalı uşaqların gözü ilə...



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu