“Bu fikirlər ermənilərin qulağında cingildəyir”- polkovnik Ramaldanov

Xəbərin çap versiyası
Tarix: 14-03-2018, 16:24    |    Xəbər oxunub: 917 dəfə
“Bu fikirlər ermənilərin qulağında cingildəyir”-


Martın 12-dən başlayaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrin iştirakı ilə genişmiqyaslı təlimlər keçirilir.
Təlimlərə 25.000 nəfərədək şəxsi heyət, 250-dək tank və digər zirehli texnika, 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 50-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub. Təlimlər martın 17-dək davam edəcək.


Azərbaycan Ordusunun genişmiqyaslı təlimlərə başlaması Ermənistanda ciddi narahatlıq və təşviş doğurub. Bu səbəbdəndir ki, düşmən dərhal Qarabağda tank təlimlərinə start verib. Belə ki, Ermənistan ordusu Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində tank təlimlərinə başlayıb.

Ermənistanın Müdafiə Nazirliyinin məlumatında qeyd olunub ki, təlimlərdə əsas məqsəd praktiki bacarıqların artırılmasıdır.

Horadiz əməliyyatının komandiri, ehtiyatda olan polkovnik Şair Ramaldanov AzVision.az-a bildirib ki, ordumuzun keçirdiyi təlimlər Ermənistanda narahatlıqla qarşılanır və bu, təbiidir.

Polkovnik qeyd edib ki, Azərbaycan Ordusunun təlimləri Qarabağda ola biləcək döyüşə uyğun şəkildə həyata keçirilir: “Biz işğalçı Ermənistanla müharibə şəraitindəyik. Ona görə də təlimlər Qarabağda ola biləcək döyüş şəraitinə uyğun formada keçirilir. Təlimlər döyüş hazırlığının ən üst pilləsidir və burada mütəxəssislərin bacarığı yoxlanılır. Döyüşün təşkili, planlaşdırılması, idarəedilməsi ilə bağlı məsələlər yoxlanılır. Bu təlimlərdən o tərəfi döyüşdür. Bu gün hər bir dövlətin irimiqyaslı təlim keçirmək imkanı yoxdur. Burada həddindən çox vəsait tələb olunur. Azərbaycanın iqtisadi gücü buna imkan verir. Döyüş hazırlığının yüksəldilməsi baxımından belə təlimlər vacibdir”.



Ramaldanov vurğulayıb ki, təlimlər daim qorxu və narahatlıq içində olan düşmənin yuxusuna haram qatıb: “Təlimlər bir tərəfdən döyüş qabiliyyətinin artırılması üçün keçirilirsə, digər tərəfdən düşmənə gücün, professionallığın nümayişidir. Onlara bir daha göstərilir ki, sabah müharibə olacağı təqdirdə ən müasir silahlarla silahlanmış Azərbaycan ordusu düşməni darmadağın edəcək. Azərbaycan döyüş meydanında Ermənistanla tək qalarsa, ordumuz ən qısa zamanda işğalçı qüvvələri darmadağın etməyə qadiridir. Bu fikirlər daim erməni əsgərlərinin valideynlərinin qulağında cingildəyir. Bu bir daha onlara göstərir ki, sabah onları nə gözləyir”.

Ehtiyatda olan polkovnik diqqətə çatdırıb ki, Ermənistan son iki ildə 124 milyon dollarlıq silah aldığı halda, Azərbaycan 551 milyon dollarlıq silah əldə edib: “Daim ordumuz müasir silahlarla təmin olunur. Bu yaxınlarda yeni texnikalar nümayiş etdirildi. Bir sıra yeni silahlardan bu təlimlərdə də istifadə olunacaq. Həm texnikanın döyüş qabiliyyəti praktiki olaraq yoxlanılacaq, həm də onları idarə edən şəxsi heyətin bacarığı daha təkmilləşdiriləcək. Müsair texnikaları görən düşmənin narahatlığını daha da artır. Bu, bir daha Azərbaycanın silahlanma imkanlarını göstərir. Müasir silahlar Azərbaycan Silahlı Qüvvələrinin inkişafını və gücünü bir daha sübut edir. Bununla bərabər yüksək peşəkar hərbçilərimiz də bu məsələlərdə öz sözünü deyir. Professional şəxsi heyətlə 1 il xidmət edən erməni əsgərini müqayisə etmək olmaz. Hərbçilərimizin gündən-günə artan peşəkarlığı və müasir silahlarımız gələcək Qarabağ savaşında öz nəticəsini verəcək. Azərbaycan torpaqları işğaldan azad ediləcək”.

Ermənistan tərəfinin keçirdiyi təlimlərə gəlincə, Ş.Ramaldanov bunun planlı şəkildə aparıldığını deyib: “Hazırda təlimlərin çox olan vaxtıdır. Həmçinin praktikada da var ki, bir tərəf təlim keçəndə, digər tərəf də həmin istiqamətdə təlimlər keçirir. Amma sözsüz ki, onlar tərəfində narahatlıq olduğunu bilirik”.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Fransa nümayəndə heyəti Cocuq Mərcanlıya səfər edib

Fransa nümayəndə heyəti Cocuq Mərcanlıya səfər edib

Fəal qadınlarımız və araşdırmaçı-yazar Sara Pourun iştirakı ilə

Fəal qadınlarımız və araşdırmaçı-yazar Sara Pourun iştirakı ilə "Uğurun açarı-Özgüvən" adlı tədbir keçirildi

Yeni klipini təqdim edən Mələkdən iddialı sözlər:

Yeni klipini təqdim edən Mələkdən iddialı sözlər: Heç vaxt bayağı mahnılar oxumayacam-VİDEO+FOTO

Sabah Lənkəranda içməli suyun verilməsi dayandırılacaq

Sabah Lənkəranda içməli suyun verilməsi dayandırılacaq

ETSN hər kəsi “Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisinə dəvət edir

ETSN hər kəsi “Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisinə dəvət edir

Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb

Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb

Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb

Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb

Polşadakı ermənilərdən təxribat:

Polşadakı ermənilərdən təxribat: Azərbaycan diaspor təşkilatı hərəkətə keçdi

Qənirə Paşayeva MM-də bir qrup şəhid ailəsinin təkliflərini səsləndirdi-

Qənirə Paşayeva MM-də bir qrup şəhid ailəsinin təkliflərini səsləndirdi- VİDEO

Abel Məhərrəmovun işdən çıxarılması xəbəri  təsdiqləndi-

Abel Məhərrəmovun işdən çıxarılması xəbəri təsdiqləndi- SƏRƏNCAM

“Renessans Palace”da payız kampaniyası davam edir

“Renessans Palace”da payız kampaniyası davam edir

“Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi davam edir

“Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi davam edir

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur