"Minsk Qrupu Paşinyanın bu fikirlərini danışıqlar prosesini iqnor etməsi kimi qiymətləndirməlidir”


"Minsk Qrupu Paşinyanın bu fikirlərini danışıqlar prosesini iqnor etməsi kimi qiymətləndirməlidir”


“Ermənistan baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağla bağlı absurd fikirləri olduqca yersiz və əsassızdır”.

Bunu siyasi yazar Ulkər Musazadə deyib. Onun sözlərinə görə, Paşinyanın Dağlıq Qarabağ Respublikasının danışıqlar prosesində iştirakının təmin olunması ilə bağlı səsləndirdiyi fikirlər, birmənalı olaraq danışıqlar prosesinə ziddir: “Paşinyan sülh yolu ilə münaqişənin həllinin mümkünlüyünü dilə gətirdiyi halda, hər bir cümləsindən Azərbaycana qarşı provokasiya xarakteri daşıyır, qərəzli fikirləri açıq-aydın görünürdü. Bu tendensiya birmənalı olaraq, dünya ictimaiyyətini düşündürməlidir. Rəsmi İrəvanın Dağlıq Qarabağın danışıqlarda iştirakının mümkünlüyü ilə bağlı iddiası birmənalı olaraq, müharibə çağırışı kimi dəyərləndirilməlidir. Bu isə Cənubi Qafqazda yeni bir müharibə ocağının yaranması deməkdir. Azərbaycan güclü ordu və vahid idarəçilik sisteminə malik olub, forpost Ermənistanə lazimi cavabı vermək iqtidarındadır.

Paşinyan isə sadəcə Serj Sarkisyandan fərqli olmadığını sübuta yetirmiş oldu. Çünki Paşinyanın boş vədləri eynən zamanında Dağlıq Qarabağla bağlı Serj Sarkisyanın verdiyi boş vədlərə bənzəyir. Bu səbəbdən də, hesab edirəm ki, Paşinyan da, Serj Sarkisyan kimi Status-kvonun qorunub saxlanmasında maraqlıdır. Onun bu kimi provokasiya xarakterli fikirlərini isə yeni səlahiyyətlərinin bir sınağı kimi dəyərləndirmək də olar. Azərbaycan heç bir halda bir qarış torpağını belə düşmənə güzəştə getməyəcək. Qondarma Dağlıq Qarabağ Respublikasının danışıqlar prosesində tərəf kimi təmsil olunmasını qəbul etmək, torpaqlardan imtina etmək demək olardı. Bu səbəbdən ATƏT-in Minsk Qrupu Paşinyanın bu fikirlərini danışıqlar prosesini iqnor etməsi kimi qiymətləndirməlidir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu