Şəhid olan hərbi qulluqçumuz kimdir?


Şəhid olan hərbi qulluqçumuz kimdir?


Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli oğlu şəhid olub.

Qaynarinfo-nun məlumatına görə, Adil Tatarov 28 yanvar 1999-cu ildə Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində doğulub və Qıraq Kəsəmən kənd tam orta məktəbi bitirdikdən sonra 2017-ci ilin aprelində hərbi xidmətə yollanıb.

Məlumatımıza görə, ailənin yeganə oğlan övladı olan A.Tatarovun 4 bacısı var.

Allah şəhidimə rəhmət eləsin! Vətən sağ olsun!

Şəhid olan hərbi qulluqçumuz kimdir?



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu