Qənirə Paşayeva İndoneziyada nazirlə görüşdə şəhid körpələrimizdən danışıb


Qənirə Paşayeva İndoneziyada nazirlə görüşdə şəhid körpələrimizdən danışıb


Millət vəkili Qənirə Paşayeva və Azərbaycanın bir qrup fəal qadını İndoneziya Respublikasının qadın hüquqları və uşaqların müdafiəsi naziri xanım Yohana Yembise ilə görüşüb.

AFN xəbər verir ki, indoneziyalı xanım nazir Y.Yembise rəhbərlik etdiyi qurumun fəaliyyəti və bu sahə üzrə ölkələrindəki mövcud vəziyyət, həmçinin qarşılaşdıqları çətinliklər haqqında geniş məlumat verib. Bildirib ki, ailə-məişət problemləri, qadın və uşaqların istismarı və digər problemlərə müdaxilə etmək, qarşısını ala bilmək məqsədi ilə regionlarda nazirliyin hüquq və sosial məsləhət mərkəzləri təsis edilib. Öz növbəsində Qənirə Paşayeva səmimi qəbul və ətraflı məlumata görə xanım nazirə minnətdarlığını bildirib və onlara bütün Azərbaycan qadınlarının salamlarını çatdırıb. Qeyd edib ki, onlar Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar İndoneziyada təşkil olunacaq proqramda iştirak etmək, bu nadir hadisəni məhz dost İndoneziyada qeyd etmək, indoneziyalı qadın həmkarları ilə tanış olmaq məqsədi ilə ölkəyə səfər ediblər. Daha sonra, Q.Paşayeva Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, hələ 100 il əvvəl Azərbaycanda qadınlara seçmək və seçilmək hüququnun verildiyini, Azərbaycan cəmiyyətində qadına qarşı xüsusi hörmətin mövcudluğunu, Azərbaycan Respublikası Prezidentinin cənab İlham Əliyevin göstərdiyi xüsusi qayğını, ölkəmizin 1-ci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolu ilə bağlı danışıb. Müasir Azərbaycanın inkişaf yolu, Azərbaycan-İndoneziya əlaqələrinin tarixindən, İslam dininin, Azərbaycandan İndoneziyaya və Cənub-Şərqi Asiyaya yayılmasından bəhs etdi. Hazırkı ikitərəfli əlaqələrə toxunan millət vəkili Ermənistanın Azərbaycana qarşı təcavüzü, etnik təmizləmə siyasəti, xüsusilə də Xocalı soyqırımı haqqında danışdı və Azərbaycanın haqlı mövqeyinə dəstək verdikləri üçün İndoneziya xalqına və hökumətinə minnətdarlığını ifadə edib. Daha sonra çıxış edən Azərbaycan İqtisad Universitetinin prorektoru Səadət Qəndilovaya, Qadın Sahibkarlar Assosiasiyasının sədri Səkinə Babayevaya, Bakı Dövlət Universitetinin alimi Ümmühəbibə Qələndərova, İşgüzar qadınlar cəmiyyətinin sədri Sürəyya İsmayılova, fəal qadınlarımızdan Məlahət Qəhrəmanova və nümayəndə heyətinin digər üzvləri Azərbaycanda öz fəaliyyət sahələri, təşkilatlarında qadınların rolu və Azərbaycan hökumətinin onlara göstərdiyi qayğı və dəstəklər haqqında məlumat veriblər. Görüşdə Q.Paşayeva xanım naziri Azərbaycana dəvət etdi və onu Azərbaycanda salamlamaqdan məmnun olacaqlarını bildirib. Görüşdə iştirak edən səfir Tamerlan Qarayev qarşı tərəflərə Azərbaycanın qadınlardan ibarət nümayəndə heyətini səmimi qəbul etdikləri üçün minnətdarlığını bildirib. Görüşün sonunda Azərbaycan nümayəndə heyəti adından millət vəkili Q.Paşayeva İndoneziya Respublikasının qadın hüquqları və uşaqların müdafiəsi naziri xanım Yohana Yembise Azərbaycan mədəniyyəti ilə bağlı hədiyyə və materiallar təqdim edib.

Qənirə Paşayeva İndoneziyada nazirlə görüşdə şəhid körpələrimizdən danışıb

Qənirə Paşayeva İndoneziyada nazirlə görüşdə şəhid körpələrimizdən danışıb

Qənirə Paşayeva İndoneziyada nazirlə görüşdə şəhid körpələrimizdən danışıb

Qənirə Paşayeva İndoneziyada nazirlə görüşdə şəhid körpələrimizdən danışıb

Qənirə Paşayeva İndoneziyada nazirlə görüşdə şəhid körpələrimizdən danışıb

Qənirə Paşayeva İndoneziyada nazirlə görüşdə şəhid körpələrimizdən danışıb

Qənirə Paşayeva İndoneziyada nazirlə görüşdə şəhid körpələrimizdən danışıb



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu