XİN: Azərbaycan Ermənistanla substantiv danışıqlara hazırdır


XİN:


“Rəsmi Bakı Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişə nail olmaq üçün substantiv danışıqlara hazırdır”.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan xarici işlər nazirinin açıqlamasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, substantiv danışıqlar vasitəsilə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması təmin olunmalıdır.

XİN rəsmisi bildirib ki, tərəflər arasında danışıqlarla əlaqədar görüşün keçirilməsi barəsində Azərbaycana təkliflər daxil olduğu halda mətbuata bu barədə məlumat veriləcək.

Qeyd edək ki, bu gün Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyan “Armenia” telekanalına bildirib ki, baş nazir Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev arasında yaxın gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair birbaşa danışıqlar ola bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu