Dağlıq Qarabağ- Azərbaycanın göz dikilmiş haqqı


Dağlıq Qarabağ-


Bütün insanlığın sosial,siyasi, mədəni, iqtisadi həyatınıöz təsiri ilə əhatə edən sosializm düşərgəsində 1980-1990-cı illərin qovşağında baş verənləri tərəddüd etmədən qlobal tarixi hadisələr hesab etmək olar. Belə ki, II dünya müharibəsindən sonrakı dünya nizamını müşayiət edən sosializm-kapitalizm qarşıdurmasının son həddə çataraq ikincinin qələbəsi ilə bitməsi və sonundadünyanın yeni bir tarixi mərhələyə qədəm qoyması bəşər ailəsinin az qala hər bir üzvünün həyatında iz buraxdı.

Belə ki, bəhs etdiyimiz dövrdə cərəyan etmiş proseslərtəsiri hələ də keçməmiş hadisələr sırasındadır. Birbaşa təkanvericilərinin və nəticələrində maraqlı olanların dünya gücləri olduğu bu proseslər haqqında tam obyektiv araşdırmaya rast gəlmək çətindir. Halbuki bu gün postsovet və postsosialist ölkələrində gedən heç də sadə olmayan ictimai-siyasi, iqtisadi, mədəni proseslər möhkəm bağlarla həmin dövrlə bağlıdır, öz başlanğıcınıhəmin dövrdən götürür.

Sovet İttifaqının və sosializm sisteminin çökməsində səbəb-nəticə əlaqələri və tarixi qanunauyğunluqlar barədə fikir müxtəlifliyinin olması qayət təbiidir. Bu hadisəni müəyyən qurbanlar bahasına özünün dövlət müstəqilliyinə qovuşmuş və geopolitik seçim azadlığı əldə etmiş xalqlar və elitaları bir cür, böyük bir ictimai-iqtisadi quruluşun və hərbi-siyasi gücün bayraqdarı yerini itirmiş xalq və elitası başqa cür qəbul edir.

Dağıdılmış dünya nizamının yenidən tarazlıq vəziyyətinə gələcəyi, yeni dünya nizamının yaranmağa başlayacağıvaxta qədər dünya tarixi hələ çox hadisələrə şahidlik edəcək. Artiq dünya nəhəngləri arasında gedən mübarizə günbəgün qızışır, o, dünya tarixinin növbəti mərhələsində hegemonluğun konturlarını müəyyənləşdirməyəistiqamətlənmişdir.

Vaxtilə sosializm məkanına daxil olan və ya onun təsir dairəsində olan ölkələrin yenidən qruplaşması və digər təsir dairələrinin zonasına düşmələri prosesi hələ ki, başa çatmamışdır.

Bu, bir həqiqətdir ki, artıq 1980-ci illərin əvvəllərində ayrı-ayrı sahələrdə uzun illər boyu üst-üstə yığılmış problemlər sovet quruluşu və sosialist sisteminin əsaslarını təhlükə altına alaraq Sovet İttifaqına və müttəfiqlərinəböhran mərhələsini yaşadırdı. 1985-ci ilin martında K.Çernenkonun ölümü və M.Qorbaçovun Sov.İKP MK-nın Baş katibi təyin edilməklə ölkə hakimiyyətinə gətirilməsi SSRİ-nin finiş xəttinə çatmasını sürətləndirdi. Görünür, M.Qorbaçov və onun komandasının öhdəsinə mövcud problemləri həll eləmək yox,sosial-iqtisadi böhranı daha da dərinləşdirmək, ölkənin və düşərgənin süqutu prosesini "gözəl bir şəkildə" başa çatdırmaq qoyulmuşdu. Sözügedən siyasi kursun məqsədləri artıq yavaş-yavaş özünü bəlli edirdi.

Yenidənqurma dövrü adını almış həmin mərhələdə sovet dövlətində və sosializm təcrübəsində yaxşı və ya pis nə varsa, hamısının üzərindən xətt çəkilirdi. İnsanların istək və arzuları, fikir və hissləri, onların rəhbər tutduqlarıdəyərlər nəzərə alınmadan həyata keçirilən alayarımçıq islahatlar çox bəsit şəkildə təqdim və tətbiq edilirdi.

Yenidənqurma dövrünün özün əlüstü göstərən təzahürlərindən biri SSRİ-də milli münasibətlərin korlanması,köhnə millətlərarası problemlərin aktuallaşması, ölkənin müxtəlif regionlarında etnik zəmində çoxsaylı münaqişə ocaqlarının yaranması oldu. SSRİ hakimiyyətinin apardığı yöndəmsizsiyasət nəticəsində kommunizm ideologiyası öz nüfuzunu sürətlə itirdi, sosializm quruluşu tez bir zamanda gözdən düşdü. Bu da öz növbəsində vahid ictimai, iqtisadi, siyasi, ideoloji bir məfkurə ətrafında birləşmiş xalqların parçalanmasına doğru aparırdı. Beləliklə, sosial-iqtisadi böhran və ideoloji boşluq yaşamağa məhkum edilmiş sovet cəmiyyəti qaçılmaz olaraq parçalanmaq təhlükəsi ilə üz-üzə qaldı.

Hadisələri araşdırdıqda tam inamla demək olar ki, gedişatın belə cərəyan etməsində maraqlı olan – "Yenidənqurma dalğası”nın ilhamverici və aparıcı fiqurukimi M.Qorbaçovbaşda olmaqla – xeyli daxili və xarici qüvvələr mövcud olmuşdur.

"Yenidənqurma”nın sovet sosialist millətləri birliyinin maddi-mənəvi və ideoloji təməlini sarsıtmasıçoxmillətli ölkənin parçalanması və müttəfiq sovet respublikalarının yerində müstəqil milli dövlətlərin yaranması üçün zəmin formalaşdırdı.

Yenidənqurmanı uzun illər və səbirlə hazırlayan qüvvələrin planında erməni millətçi ünsürlərinə xüsusi yer ayrılmışdı. Buna misal kimi Mərkəzdən verilən xeyir-dua ilə ermənilərin türkdilli xalqlara nifrətini ifadə edən qondarma "soyqırım” abidəsinin 1967-ci ildə inşa edilməsi, erməni xalqı arasındadavamlı şəkildə antitürk, antiazərbaycan təbliğatının aparılmasını, dünyanın müxtəlif yerlərindən ermənilərin fasiləsiz olaraq müxtəlif bəhanələrlə Cənubi Qafqaz respublikalarına köçürülməsi və məskunlaşdırılmasını göstərmək olar. Yenidənqurma dövründə isə ermənilərin xarici ölkələrdən Ermənistana və Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinə köçürülməsi və yerləşdirilməsi daha geniş vüsət aldı.

Əslində, bildiyimiz kimi, keçmiş Sovet İttifaqı ərazisində milli zəmində yaranmış və bu gün də davam edən konfliktlərin siyahısı xeyli böyükdür. 1986-cı ildə baş vermiş Alma Ata hadisələri iləəsası qoyulan açıq münaqişələrin sırasını 1988-ci ilin fevralında başlamış Dağlıq Qarabağ münaqişəsi, 1989-cu il Gürcüstan hadisələrinə əlavə təkan vermiş gürcü-abxaz və gürcü-osetin münaqişələri, Moldovada Pridnestrovye münaqişəsi, Tacikistanda, Özbəkistanda, Qırğızıstanda, Şimali Qafqazda milli-etnik zəmində baş vermiş digər münaqişələr davam etdirir. Zaman və məkan cəhətdən, həmçinin bilinən-bilinməz məqsədlərinə görə bir-birindən fərqlənsə də, bu qarşıdurmaların gedişi vahid və ümumi məntiq çərçivəsindən kənara çıxmamışdır. Müəyyən fərqliliklər nəzərə çarpsa da, onları birləşdirən ümumi cəhət milli-etnik zəmində baş verməsi, konfliktə cəlb olunmuş millətlərin həqiqi qayğı və problemlərindən uzaq özgə maraqlara xidmət etməsi olmuşdur.

Sözügedən münaqişələri incələdikdə onlarda xeyliqəribəliklər, məntiqsizliklər, müəmmalar aşkara çıxır.1988-ci ilin fevralında Sumqayıtda, 1990-cı ilin yanvarında Bakıda baş verən qığınlarda gizli "təşkilatçılıq” işinin özünü köntöy şəkildə açığa vurması adamı hanısa gizli izlər,bu və sadalanan digər münaqişələrin əslində daha böyük, daha mürəkkəb, daha məxfi planların tərkib hissəsi olduğu barədə düşünməyə sövq edir.

Məlum hadisələr ərəfəsində baş verənlər – 1987-ci il oktyabrın ayının 21-də Heydər Əliyevin sovet hökumətinin rəhbərliyindən və Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin siyasi bürosundan uzaqlaşdırılması, üç həftəsonra iqtisadçı-akademik Aqanbekyanın Dağlıq Qarabağın iqtisadi cəhətdən Azərbaycandan uzaq, Ermənistana daha yaxın olduğu iddiasını Fransanın"Humanite" qəzetinə müsahibəsində səsləndirməsi, 1988-ci il fevralın 13-də Dağlıq Qarabağda ermənilərin "Miyatsum" hərəkatına başlaması proseslərin qabaqcadan və müfəssəl hazırlanmasını göstərir.

Beləliklə, yenidənqurma prosesinin başlaması və sürət götürməsi, erməni mənşəli sovet akademiki Aqanbekyanın məşum müsahibəsi və başqa çıxışları, ardınca Dağlıq Qarabağın Ermənistana verilməsi məsələsinin gündəliyə çıxması, yavaş-yavaş mərkəzi və xarici mətbuatda ermənipərəst yazıların verilməsi Azərbaycan xalqının düşünən insanlarında milli oyanışa təkan verdi, bu isə öz məntiqi davamını Meydan hərəkatının, daha sonra demokratik milli-azadlıq hərəkatının yaranaraq genişlənməsində tapdı.

1987-ci ilin sonlarından etibarən Azərbaycanda ermənilərin ərazi iddiasına qarşı, həmçinin digər problemlərin həllinə yönəlmiş proqramlarla çıxış edən ilk ictimai birliklər formalaşmağa başladı.

Böyük tarixi şəxsiyyət olan Heydər Əliyevdən sonrakı azərbaycanlı rəhbərlərin iradə və nüfuz zəifliyi, siyasi cəhətdən qeyri-peşəkarlığı Moskvadakı ermənipərəst qüvvələrin əl-qolunu açırdı. Nəticədə, 1988-ci ildə fevral ayında ermənilər Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxması haqqında bəyanat verdilər. Lakin sonrakı sənədlər araşdırıldıqda müəyyən olundu ki, baş verən hadisələr azərbaycanlıların günahı üzündən deyil, Moskvanın bilavasitə Azərbaycana göndərdikləri agentlər vasitəsi ilə törədilən hadisələr idi. Sumqayıt hadisələri isə o dövrdə Moskva ermənilərinin əllərində bir vasitə kimiAzərbaycana qarşı müxtəlif sanksiyaların həyata keçirilməsinə imkan verdi. Buna baxmayaraq, meydan hərəkatı Azərbaycan xalqının həyatında çox mühüm hadisə idi. Bunu bir oyanış kimi də qiymətləndirmək olar. Ona görə də, 1988-ci il noyabrın 17-də başlanan hərəkat müstəqilliyə doğru aparan milli azadlıq hərəkatı idi.Ohərəkatın bir amalı var idi - Qarabağ torpağı Azərbaycanın olmalıdır. Hərəkat iştirakçılarına ən çox təsir edən Mərkəzi Komitənin Qarabağ məsələsinə real və ciddi yanaşmaması idi. "Ermənistan SSR-in və Dağlıq Qarabağın yenidən birləşməsi haqqında” 1989-cu il 1 dekabr qərarı Azərbaycanla Ermənistan arasında "soyuq müharibə"nin genişlənməsinə və buna müvafiq surətdə təcavüzkarlara kütləvi nifrətin güclənməsinə səbəb olmaqla, xalqlar arasında münasibətlərdə çox ağır nəticələrə gətirib çıxardı. Bakıdakı ciddi yanaşmanın Qarabağla bağlı planlarının pozulmasından qorxan quvvələr silahlı yola əl atdılar. Bunun nəticəsi olaraq, 20 Yanvar faciəsi baş verdi. "20 Yanvar” hadisəsi dirçəlişə gedən yolun birinci mərhələsinə yekun vurdu.Kremlin və şəxsən prezident Qorbaçovun nüfuzu heçə enməyə başladı.

Yanvarın 21-də Heydər Əliyevin Moskvada verdiyi ifşaedici bəyanat Azərbaycan dövlətçiliyinin böhranının aradan qaldırılmasına yönəlmiş intellektual mənalar konsentratını cəmiyyətə açıb göstərdi.Bakıda baş vermiş yanvar hadisələri Azərbaycan elitasının yeni siyasi dünyagörüşü mövqeyinə keçidi ilə əlamətdar oldu – kəskinləşməkdə olan münaqişə beləcə yeni proqram məqsədlərinin formalaşmasını sürətləndirdi. 1990-cı ilin yanvarında Azərbaycan SSR-in əvvəlki rəhbərliyi iflasa uğradı.Beynəlmiləlçilik ideyaları üzərində qurulmuş siyasət özünü doğrultmadı. Yeni ideoloji baxışlar Azərbaycanın milli dövlət vəziyyətinə keçməsini təmin etməli idi. Bunun üçün isə proseslərin gedişini fəal təhlil etməyi bacaran, hər bir hadisənin arxasında dövlətin sərt iradəsinin, prinsipial mövqeyinin dayanmalı olduğunu başa düşən, uzaqgörən şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyev kimi şəxsiyyət lazım idi. O, həmin dövrdə məcburi istefada idi.

Guya münaqişəni səngitmək və sonunda həll etmək məqsədilə SSRİ Ali Sovetinin qərarına əsasən yaradılmış və ümumittifaq sisteminin get-gedə zəifləyən imkanlarına əsaslanan DQMV üzrə Respublika Təşkilat Komitəsi uğursuzluğa məhkum idi. 1991-ci ilin payızında Qorbaçovun ikiüzlü və riyakar siyasəti Azərbaycan millətinə daha heç bir fərəhli perspektiv vəd edə bilməzdi.

1991-ci il sentyabrın 2-də DQMV və Azərbaycan SSR-in Şaumyan (kənd) rayonu hüdudlarında ermənilərin separatçı "Dağlıq Qarabağ Respublikası” ("DQR") elan edildi. Buna cavab tədbiri kimi, 1991-ci il noyabrın 23-də Azərbaycan Dağlıq Qarabağın muxtariyyət statusunu ləğv etdi. Lakin Qorbaçovun son əməli olan SSRİ Dövlət Şurası 1991-ci il noyabrın 27-də Azərbaycanın həmin qərarının Konstitusiyaya zidd olduğunu elan etdi. 1991-ci il dekabrın 10-da Dağlıq Qarabağın erməni icmasının müstəqilliyi barədə əvvəlcədən planlaşdırılmış referendum keçirildi. 1992-ci il yanvarın 6-da monoetnik qondarma "Dağlıq Qarabağ Respublikası”nın müstəqillik bəyannaməsi elan edildi. Erməni separatçılar bu qərarı qəbul etməklə münaqişəni heç bir günahı olmayan azərbaycanlıların və Yerevanın təcavüzkar xülyalarının girovuna çevrilmiş ermənilərin kütləvi şəkildə həlak olmasına gətirib çıxaran "qaynar mərhələyə” keçirdilər.

Əvvəlcə respublika mərkəzi ilə separatçı muxtar vilayət, ardınca iki müttəfiq sovet respublikası arasında münaqişə olaraq ümumittifaq müstəvisinə çıxan və çıxarılan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi SSRİ dağılandan sonra sürətlə beynəlmiləlləşməyə başladı. Əslində bu, məsələni öz daxili işi kimi – qiyamçı erməni vətəndaşlarını və onların köməyinə gələn xarici muzdluları məhv etməklə çözmək istəyən Azərbaycan dövlətinin maraqlarına bir elə cavab vermirdi. Tarix göstərdi ki, azərbaycanlıların narahatlığı əsassız deyilmiş: konfliktin beynəlmiləlləşməsi onun dərinləşməsi, müharibənin qızışması, Azərbaycan tərəfinin ərazi itkiləri ilə müşayiət olundu və sonda münaqişənin həllini daha da çətinə saldı.

1992-ci və 1993-cü illərin hərbi kampaniyası dövründə Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal etdi. 1988-ci ildə başlanan münaqişə nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü, Ermənistan və Dağlıq Qarabağın azərbaycanlı əhalisi etnik təmizləməyə məruz qaldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla əlaqədar demişdir: "Sərhədləri bütün dünya tərəfindən tanınmış, - bizim ərazi bütövlüyümüz isə BMT tərəfindən tanınır... - suveren dövlətin ərazisinin işğal edilməsinə dünya ictimaiyyəti lazımınca diqqət yetirməmişdir... Bütün bunlar ən böyük ədalətsizlikdir və bu ədalətsizlik uzun illərdir davam edir”.

1993-cü il iyunun 15-də Heydər Əliyevin hakimiyyətə qayıtması Dağlıq Qarabağ münaqişəsinin tarixində yeni bir səhifə açdı. Təcrübəli dövlət xadimi Heydər Əliyev yeni Azərbaycan dövlətçiliyinin təməlini atdı. O bu kontekstdə Dağlıq Qarabağ problemi ilə bağlı ümumxalq mövqeyimizi belə bəyan etdi: "Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu deyildir və heç vaxt olmayacaqdır... Azərbaycan bu mövqedən bir addım belə geri çəkilməyəcəkdir. Yəni Azərbaycanın ərazi bütövlüyü məsələsində... heç bir güzəşt olmayacaqdır”.

O, belə bir nəticəyə gəldi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həllinə hökmən sintetik yanaşma, daxili və xarici siyasət amillərinin bütün kompleksinin nəzərə alınması tələb olunur. Bu, xüsusən döyüş qabiliyyətli nizami ordu formalaşdırılması, sabit və işlək hakimiyyət orqanlarının yaradılması, iqtisadiyyatın bərpası və iqtisadi islahatların keçirilməsi, neft müqaviləsinin bağlanması və bu tədbirlərin nəticəsi kimi Azərbaycan millətinin sıx birləşdirilməsi və səfərbər olunması demək idi. Heydər Əliyev sonradan deyirdi: "İşləri qaydaya salmaq üçün mənə iki il yarım vaxt lazım gəldi”.

12 may 1994-cü il tarixində atəşkəsə dair razılıq əldə olundu.Qeyd edək ki, atəşkəsə qədər Ermənistanın təcavüzü nəticəsində Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayon – Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan, Ağdam və Füzuli işğal olunmuşdu.

1993-cü ildə silahlı münaqişənin genişlənməsinə beynəlxalq birliyin cavabı olaraq BMT Təhlükəsizlik Şurası tərəfindən dörd qətnamə qəbul edilmişdir: 1993-cü il 30 aprel, 29 iyul, 14 oktyabr və 12 noyabr. Bu sənədlərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü təsdiq edilmiş və "Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu” ifadəsi qəbul olunmuşdur. Həmin ifadə BMT Baş Assambleyası tərəfindən hər il qəbul edilən "Birləşmiş Millətlər Təşkilatı ilə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlıq” adlı qətnamələrə müntəzəm olaraq daxil edilir.

1995-ci ildə MDB-nin üzvü olan dövlətlərin başçıları Müstəqil Dövlətlər Birliyində sülhün və sabitliyin qorunub saxlanması barədə Memorandum imzalayarkən Ermənistan həmin sənədin 7-ci və 8-ci bəndlərini qəbul etməkdən boyun qaçırdı. Həmin bəndlərdə deyilirdi ki, "Üzv dövlətlər... öz ərazilərində... separatizmin, millətçiliyin, şovinizmin və faşizmin hər hansı təzahürlərinin qarşısını almaq üçün tədbirlər görəcəklər”, onlar həmçinin "başqa üzv dövlətlərin ərazisində separatçı hərəkatları və separatçı rejimləri dəstəkləməməyi, ...onlara iqtisadi, maliyyə hərbi və başqa kömək göstərməməyi öhdələrinə götürürlər”.

Beləliklə dərinləşməkdə olanDağlıq QarabağmünaqişəsininATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsi ilə həlli üçün ATƏM-in Xarici İşlər Nazirləri Şurasının1992-ci ilin24 martındaHelsinkidə Minsk konfransının çağırılması haqqında qərar qəbul edilərək ATƏT-in Minsk qrupu(əvvəlki adıATƏM-in Minsk qrupu) yaradılmışdı.1994-cü ildekabrın 5-6-da ATƏM-inBudapeştdə keçirilən Zirvə toplantısında həmsədrlik institutu təsis edilmişdir.. İlkin olaraq bu quruma 1995-1996-cı illər ərzindəİsveçvəRusiya,1997-ci il yanvarın 1-dən ATƏT-in Minsk Prosesinə Həmsədrlər qismində ABŞ,RusiyavəFransabaşçılıq edir .


1997-ci il sentyabrın 20-24-də ATƏT-in Minsk qrupundan olan vasitəçilər münaqişənin sülh yolu ilə həllinə dair yeni plan təqdim etdilər. Həmin planda göstərilirdi ki, "Dağlıq Qarabağ Azərbaycanın tərkibində dövlət qurumu və ərazi qurumudur”. 1998-ci ilin noyabr ayında ATƏT-in Minsk qrupu tərəfindən təklif edilən "ümumi dövlət” ideyası Azərbaycan tərəfindən rədd olundu. 1999-cu ilin noyabr ayında ATƏT-in İstanbul zirvə toplantısında qəbul edilmiş yekun sənədlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar Azərbaycan Respublikasının ərazi bütövlüyü prinsipinə birbaşa istinad yoxdur.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Avropa Şurasında da müzakirə olunmuşdur. 1997-ci ildə AŞPA "Cənubi Qafqazda münaqişələr haqqında” qətnamə qəbul etmişdir. Həmin qətnamədə bəyan edilir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin siyasi tənzimlənməsi tərəflərin ələlxüsus sərhədlərin toxunulmazlığı və Dağlıq Qarabağa üçün geniş muxtariyyət statusunun nəzərdə tutulması kimi prinsiplər nəzərə alınmaqla keçiriləcək danışıqlarının mövzusu olmalıdır.

2006-cı ildə ATƏT-in Minsk qrupu gələcəkdə Dağlıq Qarabağın statusunun müəyyən olunması üçün referendum keçirilməsini təklif etmiş və ona razılıq verilməsini erməni qoşunlarının Azərbaycanın hazırda işğal edilmiş torpaqlarından çıxarılması ilə əlaqələndirmişdi.

ATƏT-in Minsk qrupunun bu illərdəki fəaliyyətinə nəzər salsaq, demək olar ki, onun BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrini yerinə yetirmək üçün hazırladığı "Təxirəsalınmaz tədbirlər cədvəli” heç bir təsir gücünə malik deyildi. ATƏT-in başlıca çatışmazlıqlarından biri də, məhz ATƏT çərçivəsində və onun himayəsi altında müqaviləni yerinə yetirməkdən imtina edən tərəfə qarşı sanksiya qəbul etmə mexanizminin olmaması idi. Minsk qrupu tərəfindən qəbul edilən sənədlər yalnız məsləhət və ya tövsiyə xarakteri daşıyırdı. ATƏT-də tətbiq olunan qarşılıqlı güzəşt prinsipi müqaviləni pozan tərəfə öz əməllərinə görə məsuliyyət daşımamaq imkanı verirdi.

Lakin torpaqlarına təcavüz olandan sonra da Azərbaycan bütün vasitəçilik missiyalarından imtina etməyərək, problemin ATƏT prinsipləri çərçivəsində həllinə tərəfdar olduğunu bir daha nümayiş etdirdi. Münaqişənin dinc vasitələrlə nizama salınması üçün yaradılmış Minsk qrupu çərçivəsində aparılan danışıqlarda qarşı duran tərəflər arasında ziddiyyətlərin qalması, xüsusilə Ermənistanın qeyri-konstruktiv mövqe tutması ilə yanaşı, qrupun üzvü olan böyük dövlətlərin mövqeyində də yekdil fikrin olmaması sülh prosesinin ləngidilməsinə və münaqişənin dondurulmuş vəziyyətdə qalmasına gətirib çıxardı.

Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması istiqamətində beynəlxalq təşkilatlarin səyləri ilə yanaşı, 1999-cu ilin aprelindən başlayaraqAzərbaycan və Ermənistan prezidentlərinin birbaşa dialoqunun aparılması olmuşdur. Həmin vaxtdan bu günə qədər iki respublikanın prezidentləri Moskvada, Vaşinqtonda, Cenevrədə, Yaltada, İstanbulda, Davosda, Nyu-Yorkda, Minskdə, Parisdə, Ki-Uestdə, Soçidə, Kişinyovda, Praqada, Strasburqda, Varşavada, Astanada, Kazanda, Rambuyedə, Buxarestdə, Sankt-Peterburqda, Surixdə, Münhendə və habelə iki respublikanın sərhəddi - Sədərəkdə 40-a qədər görüş keçirmişlər.

Bu xronologiyadan da görünür ki, DQ probleminin Azərbaycanın ərazi bütövlüyünə təhdid kimi tanınması və bu problemin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının beynəlxalq içtimaiyyət tərəfindən qəbul edilməsi üçün böyük səylər göstərilib.

Bu günə kimi problemin sülh yolu həll olunmamasının səbəbi beynəlxalq təşkilatların – Azərbaycanı özlərindən tamamilə asılı vəziyyətdə görmək istəyən dünya güclərinin təsiri və təzyiqi altında olan bu qurumların ikili standartlarla fəaliyyət göstərməsi və bu cür münaqişələrə ikili yanaşma sərgiləməsidir.

Bu isə gerçəkdə Dağlıq Qarabağdakı erməni separatçılarına, onlara hərbi, maliyyə və s. dəstək göstərən təcavüzkar Ermənistana özlərinin beynəxalq hüquqa və insanlığın birgəyaşayış qaydalarına zidd hərəkətlərini davam etdirmələri üçün xeyir-dua verməyə bərabərdir.

Azərbaycana qarşı ərazi iddialarına haqq qazandırmaq üçün Ermənistan rəsmiləri tez-tez Dağlıq Qarabağın heç zaman müstəqil Azərbaycanın yurisdiksiyasında olmaması məsələsini qaldırırlar.

Bundan əlavə, rəsmi Yerevanın fikrincə, Dağlıq Qarabağın 1991-ci ildə SSRİ-nin parçalanması prosesində Azərbaycandan ayrılması və "Dağlıq Qarabağ Respublikası”nın yaradılması qanuni şəkildə baş vermişdir. Mövqelərini əsaslandırmaq üçün onlar əsasən "Müttəfiq respublikanın SSRİ-dən çıxması ilə əlaqədar məsələlərin həlli qaydası haqqında” 3 aprel 1990-cı il tarixli SSRİ Qanununun müddəalarına istinad edirlər. Bu Qanuna əsasən, müttəfiq respublika tərəfindən Qanunla nəzərdə tutulmuş ayrılma proseduru həyata keçiriləcəyi təqdirdə, muxtar qurumlar SSRİ və ya ayrılan respublika tərkibində qalıb-qalmama barədə müstəqil qərar qəbul etmək, eləcə də öz dövlət-hüquqi statusu məsələsini qaldırmaq hüququ əldə edir.

Habelə Ermənistan onu da vurğulayır ki, Azərbaycan SSRİ-nin varisi olmaqdan imtina etdiyinə görə onun sovet dövrü sərhədlərinə istinad və iddia etməsinə heç bir əsas yoxdur.

Ermənistan tərəfi həmçinin tez-tez beynəlxalq hüququn xalqların öz müqəddəratını təyinetmə prinsipinə istinad edərək, onu Dağlıq Qarabağın erməni əhalisinin birtərəfli qaydada ayrılmasına da şamil etməyə cəhd göstərir.

Yuxarıda qeyd olunduğu kimi, 20 fevral 1988-ci il tarixində DQMV Xalq Deputatları Sovetinin iclasında erməni icmasının nümayəndələri Azərbaycan SSR və Ermənistan SSR Ali Sovetlərinə DQMV-nin Azərbaycan SSR-dən ayrılaraq Ermənistan SSR-ə birləşdirilməsi haqda tələb ünvanlamışdılar. Bununla əlaqədar olaraq, qeyd etmək lazımdır ki, müttəfiq respublikaların sərhədlərinin dəyişdirilmə qaydaları SSRİ və müttəfiq respublikaların konstitusiyalarında təsbit edilmişdi. Belə ki, SSRİ Konstitusiyasının 78-ci maddəsinə əsasən, müttəfiq respublikanın ərazisi onun razılığı olmadan dəyişdirilə bilməzdi. Müttəfiq respublikalar arasında sərhədlər müvafiq respublikaların qarşılıqlı razılığı və SSRİ-nin təsdiqi nəticəsində mümkün ola bilərdi.

Beləliklə, bütün bu illər ərzində münaqişənin nizamlanmasında Azərbaycan və Ermənistan tərəflərinin mövqelərində cüzi sürüşdürlmələr olsa da, prinsipial fərqlər qalmaqdadır. Azərbaycan dövlətinin mövqeyi birmənalıdır: Ermənistan Dağlıq Qarabağ ətrafında işğal etdiyi əraziləri mərhələli şəkildə boşaltmalı, məcburi köçkünlər öz yurdlarına qayıtmalıdırlar. Bundan sonra isə keçid dövründə Laçın və Kəlbəcər rayonlarının azad edilməsi ilə, eyni zamanda, Dağlıq Qarabağ və Ermənistan arasında dəhlizin yaradılması mümkündür.

Növbəti mərhələdə Dağlıq Qarabağın özündən olan məcburi köçkünlər öz torpaqlarına qayıtmalı və oraya sülhməramlı qüvvələr yerləşdirilməlidir. Dağlıq Qarabağın 65 min azərbaycanlı əhalisi oraya qayıtdıqdan sonra isə status məsələsi müzakirə oluna bilər.Heç şübhəsiz ki, bütün bunlar öz həllini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tapmalıdır. 2008-ci il noyabrın 2-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin birgə imzaladığı bəyannamədə münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, eləcə də bu çərçivədə qəbul edilmiş qərar və sənədlər əsasında (deməli, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində) həlli nəzərdə tutulur.

Ermənistan tərəfinin mövqeyinə gəldikdə isə, ermənilər öz müqəddəratını təyinetmə prinsipini əsas gətirərək Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmasına çalışırlar.Ancaq ermənilər öz müqəddəratını təyinetmə hüququndan hələ əsrin əvvəllərində ən yüksək səviyyədə istifadə edərək özlərinin müstəqil dövlətini - Ermənistan Respublikasını yaratmışlar. Dağlıq Qarabağ bölgəsinin ermənıləri isə müstəqil Azərbaycan dövlətində yaşayan milli azlıqlardan biridir. Beynəlxalq hüquq normalarına görə milli azlıqlar öz müqəddəratlarını təyin edə bılərlər. Lakin bu, müstəqillik formasında ola bilməz. Çünki müstəqil dövlətin ərazisində yaşayan milli azlıqların belə hüquqları yoxdur.Bu səbəbdən Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verilməyəcək.

Bundan əlavə, Ermənistan tərəfi aparılan danışıqlarda Dağlıq Qarabağın üçüncü tərəf kimi iştirakının təmin olunmasını istəyir.Ancaq bu tələb də əsassızdır və Dağlıq Qarabağ ermənilərinin müstəqil tərəf kimi danışıqlarda iştirakı məsələsi ATƏT-in Minsk qrupunun mandatına ziddir.

Hüquqi aspektdən baxdıqda sonda görünən budur ki, BMT-nin, dünyanın 120 dövlətini özündə birləşdirən və üzvlərinin sayına görə BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatınınvə digər siyasi, hərbi beynəlxalq təşkilatların DQ-ın probleminin Azərbaycanın ərazi bütövlüyü tərkibində həll olunması ilə bağlı qəbul etdiyi qərarlara işğalçı Ermənistan məhəl qoymur. Ermənistanın bu saymazyana mövqeyinə beynəlxalq təşkilatların, ümumilikdə dünya birliyinin, daha dəqiqi – dünya güclərinin dözümlülük göstərməsi ikili standartlarla yanaşmaya açıq sübutdur.Axı biz dünya güclərinin maraqlarına uyğun olduqda BMT-nin verdiyi qərarların təcili icra edilməsinin mümkünlüyü dəfələrlə görmüş, bunu yaxın tarixdən İslam Şərqində baş verənlərlə əlaqədar çox müşahidə etmişik.

Münaqişənin nizamlanması istiqamətində vasitəçilik missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk qrupunun sonuncu təklifindən 10 ildən çox vaxt keçib; buna baxmayaraq, Minsk qrupu bu illər ərzində heç bir yeni təkliflə çıxış etməmişdir.

Çox təəssüf ki, yarandığı vaxtdan etibarən ATƏT-in Minsk qrupunun qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının, suverenliyinin bərpasının zəruriliyi bildirilsə də, indiyə qədər bu qurumun fəaliyyəti sülh prosesində arzu olunan nəticəni verməmişdir. ATƏT çərçivəsində yaradılan Minsk qrupu və bu qrupa həmsədrlik edən ABŞ, Fransa və Rusiya kimi böyük dövlətlər münaqişənin dondurulmuş şəkildə qalmasında məsuliyyət daşımamış və təcavüzkara qarşı heç bir təzyiq göstərmək niyyətində olmamışlar. Bununla yanaşı, münaqişədə Ermənistanın Azərbaycana təcavüzündən birbaşa danışmadan, qəbul edilən sənədlərdə bunu açıq-aşkar götərmədən münaqişənin ədalətli həlli yolunda müsbət irəliləyişə nail olmaq çətindir. Eyni zamanda təcavüzkar Ermənistana qarşı heç bir əməli tədbirin görülməməsi ATƏT-in nüfuzuna xələl gətirməklə bərabər, onun tərkibində yaradılan Minsk qrupuna olan ümidləri də heçə endirir. Ona görə də böyük dövlətlər müasir beynəlxalq münasibətlər üçün təhlükəli olan təcavüzkarın qarşısını almaq istəyirlərsə, qəti praktik addımlar atmalı və Ermənistanı beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər.

Bəhruz Salmanov



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu