Cəbhə xəttində monitorinq keçirilib


Cəbhə xəttində monitorinq keçirilib


Ağdam rayonunun Təzəkənd kəndinin yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçirilir.



APA-nın xəbərinə görə, monitorinqi keçirmək üçün cəbhə bölgəsinə gələn ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Saymon Tiller və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun (YSPQ) rəhbəri polkovnik Vladimir Minarik əvvəlcə Ağdam Rayon İcra Hakimiyyətində olublar.

Onlar icra başçısının birinci müavini Allahverən Əliyevlə görüşüblər. Bildirilib ki, ermənilər 16 yanvar 2018-ci il tarixindən bu günədək cəbhəyanı yaşayış məntəqələrini 552 dəfə atəşə tutublar.

Görüşdən sonra ATƏT nümayəndələri Müdafiə Nazirliyinin yüksək çinli zabitlərinin nəzarəti altında cəbhə xəttinə yollanıblar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu