Antalya Kəpəzdə Azərbaycan şəhidlərinin xatirəsinə abidə qoyulacaq

Xəbərin çap versiyası
Tarix: 22-07-2018, 12:57    |    Xəbər oxunub: 558 dəfə
Antalya Kəpəzdə Azərbaycan şəhidlərinin xatirəsinə abidə qoyulacaq


“Azərbaycan Cümhuriyyəti 100, Azərbaycan şəhidlərini anma” tədbirləriində iştirak etmək üçün Antalyaya səfərə gedən millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Kəpəz bələdiyyə başçısı Hakan Tütüncü ilə görüşüb.

AFN xəbər verir ki, görüşdə bələdiyyə başqanı millət vəkili Q.Paşayevanın, Antalya Qəzeteçilər Cəmiyyəti başqanı Mevlüt Yeni və Antalya Türk Ocakları başqanı Abdullah Uysalın Kəpəzdə Antalyalı Azərbaycan şəhidlərinin adını daşıyan bir abidənin açılması ilə bağlı təklifini yerinə yetirdiklərini və bir neçə gün sonra birlikdə bu abidəni açacağıq deyib. Millət vəkili Q.Paşayeva Kəpəz bələdiyyə başqanına bu duyarlılığına görə təşəkkürünü bildirib və bu addımın bütün Türk dünyası bölgələri üçün gözəl bir örnək olduğunu deyib. Millət vəkili Q.Paşayevanın Kəpəzdə Azərbaycan küçəsinin və parkının açılması, orada Azərbaycanla bərabər Türkiyə və Türk dünyası üçün də böyük xidmətləri olmuş aydınların büstünün qoyulması, xatirə lövhələrinin olması və gənc nəsillərimizə onların daha geniş tanıdılması təkliflərinə gəlincə Kəpəz bələdiyyə başqanı onun qısa zamanda reallaşağını bildirib. Azərbaycanı çox sevdiyini deyən Kəpəz bələdiyyə başqanı Hakan Tütüncü ilə Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişafı istiqamətində, özəlliklə gənc nəsillərimizə ortaq tarix, mədəniyyətimizin öyrədilməsinin vacibliyi ilə bağlı da geniş müzakirələr olub. Q.Paşayeva görüş zamanı Azərbaycanla Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, Kəpəzi də Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istəyirik deyib. Kəpəz bələdiyyə başqanı Hakan Tütüncü bələdiyyəyə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini, həmçinin qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını bildirib. Q.Paşayeva bələdiyyə başqanını Azərbaycana dəvət və görməkdən məmnun olarıq deyib. Görüşdə Q.Paşayeva qardaş Türkiyədə terrorla mübarizədə şəhid olmuş insanlara Allahdan rəhmət, yaxınlarına səbr diləyir, terroru və arxasında duranları lənətləyirik deyib. Azərbaycanın erməni terrorundan çox əziyyət çəkdiyini xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva terrorla mübarizədə Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu deyib və Ermənistanın işğalçılıq siyasəti barədə geniş məlumatlar verib. “Ancaq mən inanıram ki, biz Azərbaycan və Türkiyə olaraq əl-ələ verib torpaqlarımızı Ermənistanın işğalından azad edəcək və bu cür görüşləri o gözəl torpaqımızda da keçirəcəyik” –, deyə millət vəkili bildirib. İki qardaş ölkə Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva Azərbaycan bölgələri ilə Kəpəz arasında da bu əlaqələrin getdikcə daha genişlənməsinin vacibliyini qeyd edib. Görüşün sonunda bələdiyyə başqanı millət vəkili Q. Paşayevaya Türk Milli Futbol Klubunun ilk formasını, millət vəkili isə ona Azərbaycan tarixi və mədəniyyətinə aid materiallar hədiyyə edib. Millət vəkili Q.Paşayeva eyni zamanda Antalyada bir sıra təşkilatların rəhbərləri ilə də görüşüb.

Antalya Kəpəzdə Azərbaycan şəhidlərinin xatirəsinə abidə qoyulacaq

Antalya Kəpəzdə Azərbaycan şəhidlərinin xatirəsinə abidə qoyulacaq





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Mətanət İsgəndərlinin efirdə nümayiş etdirdiyi üçmərtəbəli villa kimindir?-

Mətanət İsgəndərlinin efirdə nümayiş etdirdiyi üçmərtəbəli villa kimindir?-

Qubada qəbiristanlıqda çətənə becərən şəxs saxlanılıb

Qubada qəbiristanlıqda çətənə becərən şəxs saxlanılıb

Qənirə Paşayeva Beynəlxalq Türk Akademiyasının prezidenti və Macar Turan Vəqfinin rəhbəri ilə Qarabağdan danışıb

Qənirə Paşayeva Beynəlxalq Türk Akademiyasının prezidenti və Macar Turan Vəqfinin rəhbəri ilə Qarabağdan danışıb

Dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilir

Dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilir

Müdafiə Nazirliyi cəbhə xəttində son vəziyyət barədə

Müdafiə Nazirliyi cəbhə xəttində son vəziyyət barədə

Hərbi Hava Qüvvələri hərəkətə keçdi-

Hərbi Hava Qüvvələri hərəkətə keçdi- VİDEO

Şəhid qızını vurub öldürən biznesmen oğlu həbsxanadan çıxdı

Şəhid qızını vurub öldürən biznesmen oğlu həbsxanadan çıxdı

"Bakmil" stansiyası qarşıdakı istirahət günlərində də adi qaydada işləyəcək

Baş pediatrdan ağır vəziyyətdə olan körpə ilə bağlı açıqlama

Baş pediatrdan ağır vəziyyətdə olan körpə ilə bağlı açıqlama

DİN, Baş Prokurorluq və DTX Elmar Vəliyevin güllələnməsi ilə bağlı məlumat yaydı

DİN, Baş Prokurorluq və DTX Elmar Vəliyevin güllələnməsi ilə bağlı məlumat yaydı

Bənövşəyi xəttin üçüncü stansiyasında tikinti işləri davam edir-

Bənövşəyi xəttin üçüncü stansiyasında tikinti işləri davam edir- VİDEO+FOTO

“Nar” bölgələrdəki LTE şəbəkəsini genişləndirir

“Nar” bölgələrdəki LTE şəbəkəsini genişləndirir

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur