"Qarabağ" TV informasiya lobbisin qurur


"Qarabağ" TV informasiya lobbisin qurur


"Qarabağ" TV fəaliyyətə başladığı gündən əsas hədəflərindən birinə də dünya mediasına Azərbaycan həqiqətləri və qarabağın erməni işğalında olması faktını göstərmək durur.



Dövlət başçısı İlham Əliyev “ən yaxşı müdafiə hücumdur” taktikasını irəli sürəndən sonra qarşımızda yalnız virtual dünyada erməni informasiya müharibəsini neytrallaşdırmaq və daha çox xarici jurnalistlərin TV-nin nümayəndəsi olmasına zəmin yaratmaq idi. Hazırda Cənubi Amerikada aktiv iş qurmuşuq. Ekvador Respublikasında politoloq Vladimir Perez, Venesuela Bolivar Respublikasında Guillermo Miguelena və Kolumbiya Respublikasında jurnaist və iş adamı Omar Salcedo rəsmən "Qarabağ" TV-nin nümayəndəsi olaraq fəaliyyətə başlayıblar. Avropa və Amerika Birləşmiş Ştatlarında, Türkiyə Cümhuriyyəti, İran İslam Respublikası və yaxın şərq ölkələrində də nümayəndəlik açmaq barədə danışıqlar aparırıq hazırda. 10 gün içərisində Amerikanın 2, Avropanın 3, Rusiyanın 4 və Ukraynanın 4 xəbər saytlarında Qarabağ həqiqətləri, Azərbaycana qarşı erməni təcavüzü, Xocalı soyqırımı, BMT-nin Ermənistan tərəfdən icra olunmayan qətnamələri və digər mövzulara dair məqalələrimiz dərc edilib. 30 il ərzində Ermənistanın Azərbaycana işğalçı siyasəti nəticəsində doğma yurdlarından qaçqın və məcburi köçkün düşmüş 1 milyondan çox insanın səsini, Qarabağın işğal altında olmasını, müharibənin iqtisadiyyatımızla yanaşı, milli-mədəni abidələrinə vurduğu ziyanlar, Qarabağ mədəniyyəti, Qarabağ tarixi barədə dünyaya əsl həqiqətləri göstərmək üçün "Qarabağ" TV- verlişlər və araşdırma yazıları http://www.karabakh-tv.org/ saytı vasitəsilə 13 dildə dünyaya yaymaqda davam edir. Azərbaycan diasporunun da "Qarabağ" TV-yə böyük mənəvi dəstəyi var. Almaniya, Amerika, İsveç, Danimarka, Rusiya, Türkiyə, İsrail, Fransa və digər ölkələrdə yaşayan azərbaycanlılar "Qarabağ" TV-nin könülülləri olaraq fəal işləyirlər.
Biz "Qarabağ" TV olaraq informasiya lobbisi sistemin qurmuşuq və yaxın gələcəkdə artıq bizim dünyanın əksər ölkələrində xarici jurnalistlərdən ibarət lobbimiz yaranacaq. Bu gün google və digər axtarış sistemlərində, facebook, Twitter və digər şəbəkələrdə "Qarabağ" TV-nin məlumatları, paylaşımları əl çatan səviyyədədir. KarabakhTV haştağı ilə daha çox insanın Qarabağ barədə məlumat əldə etməsinə nail olmaqdayıq. Bizim düşmənimizin bu günə qədər özlərini güclü sayması zamanı sona çatmışdır. Hazırda "Qarabağ" Tv və komandası, ətrafında olan dostları və diasporumuz vasitəsilə onların informasiya müharibəsi neytrallaşmaq üzrədir. Biz dayanmaq niyyətində deyilik və hədəfimiz Şuşadan canlı yayın etmək və qələbə xəbərini dünyaya yaymaqdır.

Zaur Əliyev, Qarabağ TV-nin təsisçisi
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu