Paşinyan Qarabağdan müharibə ilə hədələyir




"Biz sülh danışıqlarına hazırıq, amma biz, eləcə də, müharibəyə hazırıq. Bu çox əhəmiyyətli iddiadır və bunu həm Ermənistanda, həm də onun hüdudlarından kənarda hamı anlamalıdır”.

AFN erməni KİV-inə istinadən bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın işğal altındakı torpaqlarına - Dağlıq Qarabağa növbəti səfəri zamanı separatçıların liderləri ilə görüşündən sonra bəyan edib.

Paşinyanın sözlərinə görə, ön xətdə vəziyyət gərgindir, ancaq hesab etmək olar ki, o, stabil və nəzarət altındadır.

"Biz təsbit etdik ki, silahlı qüvvələrimizin vəziyyətə nəzarət etdiklərinə heç bir şübhə yoxdur və onlar Azərbaycan Silahlı Qüvvələrinin hərəkətlərinə lazımi cavab verirlər", - deyə Paşinyan vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu