Metyu Brayza Əliyev-Paşinyan görüşü haqda


Metyu Brayza Əliyev-Paşinyan görüşü haqda


Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında bir neçə gün əvvəl Düşənbədə keçirilmiş görüş Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin fəallaşması üçün böyük əhəmiyyət daşıyır.

Bunu Trend-ə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun keçmiş həmsədri Metyu Brayza deyib.

O qeyd edib ki, bu görüş barədə məlumatlar çox müsbətdir: “Liderlərin danışıqlar prosesinə sadiq qaldıqlarını bildirməsi, eləcə də qarşıdurma xəttində və Ermənistan-Azərbaycan sərhədində insidentlərin qarşısının alınması üçün atəşkəs rejiminin möhkəmləndirilməsi barədə razılaşma uzun müddətdir ki, ATƏT Minsk qrupunun təbliğ etdiyi sağlam düşüncənin nəticəsidir”.

M.Brayza əlavə edib ki, bu cür müsbət şəxsi münasibətlər danışıqlar prosesinin fəallaşması üçün zəruridir və qarşılıqlı etimadın təmin olunması üçün əsas amildir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu