Qənirə Paşayeva Biznes və Peşəkar Qadınlar Beynəlxalq Federasiyasının (BPW) beynəlxalq konfransında Qarabağdan danışıb

Xəbərin çap versiyası
Tarix: 22-11-2018, 18:15    |    Xəbər oxunub: 700 dəfə
Qənirə Paşayeva Biznes və Peşəkar Qadınlar Beynəlxalq Federasiyasının (BPW) beynəlxalq konfransında Qarabağdan danışıb


Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Qənirə Paşayeva Banqkokda Biznes və Peşəkar Qadınlar Beynəlxalq Federasiyasının (BPW) Asia-Sakit okean Regional Konfransında iştirak edib, müzakirələr zamanı təkliflərlə çıxış edib.



Dünyanın 40-dan artıq ölkəsindən yüzlərlə fəal qadınların qatıldığı konfransda müxtəlif ölkələri təmsil edən prezident, nazir qadınlar, yüksək dövlət vəzifəsi tutan, ictimai-siyasi xadim olan qadınlar, millət vəkilləri, işgüzar qadınlar, böyük şirkətlərin qadın idarəçiləri, qeyri-hökumət rəhbərləri xanımlar qadınların ictimai-siyasi həyatda, dövlətin və cəmiyyətin idarə olunmasında, xüsusilə iqtisadiyyatda, biznesdə rolunun artırılması istiqamətində müzakirələr aparıb, konkret təkliflərlə çıxış ediblər. Azərbaycandan tədbirdə millət vəkili Q.Paşayeva, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova, tibb elmləri üzrə fəlsəfə doktoru Məlahət Qəhrəmanova, iş qadınları Pərvanə Mustafayeva, Aynur Ağasiyeva, Ramilə Şirinova iştirak ediblər. Q.Paşayeva və nümayəndə heyətinin üzvləri konfransın işində iştirak etməklə bərabər, müzakirələr zamanı təkliflərlə çıxış edib və müxtəlif ölkələrdən gəlmiş fəal qadınlarla da görüşərək onlara Azərbaycanla bağlı geniş məlumatlar veriblər. Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Q.Paşayeva və nümayəndə heyətinin üzvləri Biznes və Peşəkar Qadınlar Beynəlxalq Federasiyasının Asia-Sakit okean Regional Konfransı çərçivəsində Beynəlxalq Federasiyasının Avropa regional koordinatoru Pinella Bombacci, Beynəlxalq Federasiyanın Afrika regional koordinatoru Abla Mahdi, Beynəlxalq Federasiyanın maliyyə məsələləri üzrə təmsilçisi Cüzeppina Sedita və bir sıra ölkələrdən gəlmiş nümayəndə heyətləri ilə görüşüblər və Azərbaycan, onun tarixi, mədəniyyəti, bu günü, inkişafı, iqtisadi imkanları, qadınların cəmiyyətdə geniş rolu ilə bərabər Dağlıq Qarabağ problemi ilə də bağlı məlumatlar veriblər. Millət vəkili Q.Paşayeva bildirib ki, Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti yeridərək, Azərbaycanın 20 faiz torpağını işğal edib və 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün 20 ildən artıqdır ki, öz yurd-yuvasına dönə bilmir. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları və soyqırımlar, əsir və girov götürülmüş azərbaycanlılar barədə məlumatlar verən millət vəkili Q.Paşayeva vurğulayıb ki, Ermənistan BMT Təhlükəsizlik Şurası da daxil olmaqla, Beynəlxalq Təşkilatların qətnamələrinə məhəl qoymur və 100 minlərlə azərbaycanlı qaçqın və məcburi köçkün qadın, dünyanın harasında yaşamasından asılı olmayaraq, bu tədbirdə iştirak edən yüksək səviyyəli qadınlar başda olmaqla dünyanın nüfuzlu, aktiv qadınlarının bu ədalətsizliyə sərt etiraz etməsini, öz yurd-yuvalarına dönmələri üçün onların dəstəyini və bu istiqamətdə səylərini gücləndirmələrini gözləyirlər. Millət vəkili Azərbaycanda qaçqın və məcburi köçkünlərin, qadınların və uşaqların problemlərinin həlli istiqamətində görülən işlər barədə də danışıb. Q.Paşayeva görüşlər zamanı Azərbaycanda qadın məsələləri ilə bağlı vəziyyətlə də bağlı məlumat verib. Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Q.Paşayeva ölkəmizin 1-ci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolu barədə danışıb və fikir mübadiləsi olub. İqtisadiyyatda, biznesdə qadınların rolunun getdikcə artdığını da deyən millət vəkili qadınların dövlətin və cəmiyyətin idarə olunmasında, iqtisadiyyatda və biznesdə rolunun artırılmasının Azərbaycan dövlətinin siyasətində önəmli yer tutduğunu vurğulayaraq, gələcəkdə bu istiqamətdə daha böyük nailiyyətlər gözlənildiyini deyib. Azərbaycanın iqtisadi inkişafı barədə məlumatlar verən Q.Paşayeva tədbir iştirakçıları ilə yanaşı, işgüzar xanımları da Azərbaycana dəvət edib. Qeyd edək ki, dünyanın 40-dan çox ölkəsindən yüzlərlə nümayəndənin iştirakı ilə keçiriləcək konfransda qadınların iqtisadi həyatlarının yaxşılaşdırılması və qlobal çiçəklənmənin təmin edilməsi strategiyası, qadınlar və qızlar üçün iqtisadi imkanlar, iqtisadiyyatın yüksək gəlirli sektorlarında qadın sahibkarların rolu və başqa məsələlər müzakirə edilib.

Qənirə Paşayeva Biznes və Peşəkar Qadınlar Beynəlxalq Federasiyasının (BPW) beynəlxalq konfransında Qarabağdan danışıb
Qənirə Paşayeva Biznes və Peşəkar Qadınlar Beynəlxalq Federasiyasının (BPW) beynəlxalq konfransında Qarabağdan danışıb
Qənirə Paşayeva Biznes və Peşəkar Qadınlar Beynəlxalq Federasiyasının (BPW) beynəlxalq konfransında Qarabağdan danışıb
Qənirə Paşayeva Biznes və Peşəkar Qadınlar Beynəlxalq Federasiyasının (BPW) beynəlxalq konfransında Qarabağdan danışıb
Qənirə Paşayeva Biznes və Peşəkar Qadınlar Beynəlxalq Federasiyasının (BPW) beynəlxalq konfransında Qarabağdan danışıb
Qənirə Paşayeva Biznes və Peşəkar Qadınlar Beynəlxalq Federasiyasının (BPW) beynəlxalq konfransında Qarabağdan danışıb
Qənirə Paşayeva Biznes və Peşəkar Qadınlar Beynəlxalq Federasiyasının (BPW) beynəlxalq konfransında Qarabağdan danışıb
Qənirə Paşayeva Biznes və Peşəkar Qadınlar Beynəlxalq Federasiyasının (BPW) beynəlxalq konfransında Qarabağdan danışıb





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
“Sevda anasını evində xidmətçi kimi saxlayır”-

“Sevda anasını evində xidmətçi kimi saxlayır”- ögey atası

Azərbaycanlı xanım iki tonluq avtomobili yerindən tərpətdi

Azərbaycanlı xanım iki tonluq avtomobili yerindən tərpətdi VİDEO

Əmək və sosial sığorta məsələlərinə dair təklif və tövsiyələr müzakirə edilib

Əmək və sosial sığorta məsələlərinə dair təklif və tövsiyələr müzakirə edilib

Kərəm Həsənovun Kürdəmirdə keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Kərəm Həsənovun Kürdəmirdə keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Çikaqoda adı Azərbaycanla bağlı olan şirkətin gənc sahibi

Çikaqoda adı Azərbaycanla bağlı olan şirkətin gənc sahibi

Tovuzun sərhəd kəndləri işıqsız qalıb-

Tovuzun sərhəd kəndləri işıqsız qalıb- 5 gündür

BDYPİ və Bakı Beynəlxalq Avtovağzal Kompleksi birgə maarifləndirici tədbir keçirib

BDYPİ və Bakı Beynəlxalq Avtovağzal Kompleksi birgə maarifləndirici tədbir keçirib

Övladlığa götürülmə ilə bağlı yeni tələblər

Övladlığa götürülmə ilə bağlı yeni tələblər

İstixana şəraitində zərərvericilərə qarşı bioloji mübarizə tətbiz edilib-

İstixana şəraitində zərərvericilərə qarşı bioloji mübarizə tətbiz edilib- Azərbaycanda ilk

Qənirə Paşayeva BDU-da

Qənirə Paşayeva BDU-da "Kəpənək effekti" layihəsi çərçivəsində geniş çıxış edib və gənclərə çağırış edib

Binəqədinin yol dərdi...

Binəqədinin yol dərdi...

Rəsmi Bakıdan Ermənistan XİN-in açıqlamasına reaksiya

Rəsmi Bakıdan Ermənistan XİN-in açıqlamasına reaksiya

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur