Brüsseldə Xocalıya həsr edilən mitinq keçiriləcək


Brüsseldə Xocalıya həsr edilən mitinq keçiriləcək


Fevralın 23-də Belçikanın paytaxtı Brüsseldə Xocalıya həsr olunan mitinq keçiriləcək.



"Brüsseldə baş tutacaq Xocalı mitinqində Avropada yaşayan bir çox soydaşımızın fəal olmasını istərdim".

Bu sözləri diaspor üzrə araşdırmaçı jurnalist Elnur Eltürk bildirib. Onun sözlərinə görə, mitinqin təşkilat komitəsinin üzvü Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi mitinqə ciddi hazırlığın getdiyini və orada yüzlərlə soydaşımızın iştirak edəcəyini qeyd edib:

"Xocalı mitinqi həm də həqiqətlərimizin Avropa ictimaiyyətinə çatdırılması nöqteyi-nəzərindən önəmlidir. Üstəlik, Brüsselin strateji önəmi də var. Əksər nüfuzlu beynəlxalq təşkilatların ofisləri orada yerləşir. Mitinq Xocalı soyqırımını bir daha onların diqqətinə çatdıracaq”.
QEYD: Mitinqdə iştirak etmək istəyənlər aşağıda göstərilən poçt ünvanı ilə əlaqə saxlaya bilərlər. Azerbaycan-Belcika Dostluk Cemiyeti (az.bel.dostlukcem@hotmail.com)

Brüsseldə Xocalıya həsr edilən mitinq keçiriləcək



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu