Brüsseldə yüzlərlə soydaşımız “Xocalıya ədalət”, “Dilqəm və Şahbaza azadlıq” deyəcək


Brüsseldə yüzlərlə soydaşımız “Xocalıya ədalət”, “Dilqəm və Şahbaza azadlıq” deyəcək


Bu gün dünyanın 20-dən çox ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşəbbüsü ilə Belçika Krallığının paytaxtı Brüssel şəhərində Lüksemburq meydanında Ümumavropa Qarabağ mitinqi keçirilir.

Mitinq yerli vaxtla saat 14:00-da başlayacaq. Xaricdə yaşayan yüzlərlə soydaşımız “Xocalıya ədalət”, “Dilqəm və Şahbaza azadlıq”, “Biz Qarabağa qayıtmaq istəyirik” tələbləri ilə Lüksemburq meydanına gəlməkdədir.

Eşq olsun Azərbaycan diasporuna, eşq olsun vətən, dövlət, dövlətçilik sevgisini qəlbində daim yaşadan söydaşlarımıza.

Budur xaricdə yaşayan azərbaycanlıların birliyi, soydaşlarımızın vətənə, dövlətə münasibəti. Bu gün bütün Avropanın yolları Brüsselə aparır. Bu birlik, bu vətən sevgisi yaxın zamanda bizi Şuşaya, İsa bulağına, Qarabağa aparacaq.

Əziz həmvətənlər, mitinq Bakı vaxtı ilə saat 1700-1900-da olacaq. Bu saatda hər kəs mitinqi Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmi Facebook səhifəsindən (https://www.facebook.com/AzDiaspora/) canlı olaraq izləyə bilər.

Bütün həmvətənlərimizdən xahiş edirik ki, mitinqlə bağlı xəbərləri, videoları sosial şəbəkə üzərindən daha çox paylaşsınlar. Bu həm Avropanın ikili standartlarına bir münasibət, həm düşmənə bir cavab, həm də xaricdə yaşayan soydaşlarımızın daha çevik fəaliyyəti üçün bir stimuldur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu