Qənirə Paşayeva ŞKTC parlament sədrinin müavini ilə görüşdə Xocalı soyqırımından danışıb


Qənirə Paşayeva ŞKTC parlament sədrinin müavini ilə görüşdə Xocalı soyqırımından danışıb


Millət vəkili Qənirə Paşayeva Şimal Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Məclis başqanının müavini Zorlu Töre və fəal vətəndaş cəmiyyəti təşkilatlarının təmsilçiləri ilə görüşüb və dost, qardaş azərbaycanlıların ŞKTC-nin uğurlarına hər zaman sevindiyini, kədər, üzüntü və faciələrinə isə hər zaman üzüldüyünü, Azərbaycan xalqının ürəyinin hər zaman Şimali Kiprdəki qardaş-bacılarımızın yanında olduğunu bildirib.



Millət vəkili Q.Paşayevanın dəvətilə Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə İstanbulda keçirilən izdihamlı yürüşdə iştirak edən ŞKTC Məclis başqanının müavini Zorlu Töre bütün məsələlərdə Azərbaycanın yanındayıq deyib. Azərbaycanla ŞKTC arasında əlaqələrin artmasının sevindirici bir hadisə olduğunu, ikitərəfli münasibətlərin daha da inkişaf edəcəyinə inandıqlarını söyləyən millət vəkili qeyd edib ki, ŞKTC-də təhsil alan azərbaycanlı tələbələrin, sərmayə qoyan azərbaycanlı iş adamlarının, azərbaycanlı turistlərin sayının hər il sürətlə artması müsbət hadisədir. Görüşdə Türk Dünyasının ortaq problemləri olan Dağlıq Qarabağ münaqişəsi, qondarma “erməni soyqırımı” yalanlarına qarşı mübarizə və Kipr problem ilə bağlı geniş müzakirə aparılıb. Şimali Kipr Türk Cümhuriyyətinin parlament sədrinin müavini Zorlu Töre Azərbaycanla bütün sahələrdə münasibətlərin getdikcə daha da artması üçün səyləri daha da gücləndirəcəklərini deyib. Azərbaycanı qardaş ölkə adlandıran ŞKTC parlament sədrinin müavini Zorlu Töre ortaq problemlərin həlli istiqamətində birgə səylərinin artmasının vacibliyini vurğulayıb. Dağlıq Qarabağ probleminin hələ də öz həllini tapmamasından, Azərbaycan torpaqların 20 faizinin hələ də Ermənistanın işğal altında saxlamasından, 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz evinə dönə bilməməsindən üzüntü duyduqlarını deyən ŞKTC parlament sədrinin müavini Zorlu Töre beynəlxalq təşkilatların bu məsələdə laqeydliyinin narahatverici olduğunu deyib. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında geniş fikir mübadiləsi də aparılıb.

Qənirə Paşayeva ŞKTC parlament sədrinin müavini ilə görüşdə Xocalı soyqırımından danışıb
Qənirə Paşayeva ŞKTC parlament sədrinin müavini ilə görüşdə Xocalı soyqırımından danışıb



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu