Təbriz yenə coşdu: “Qarabağ bizimdir!”-VİDEO


Təbriz yenə coşdu: “Qarabağ bizimdir!”-VİDEO


Dünən İranın futbol üzrə milli çempionatının növbəti oyununda Təbrizin “Traktorsazi” (“Traxtur”) komandası Məşhədin “Padide” klubuna qalib gələrək, turnir cədvəlinin birinci pilləsinə yüksəlib.

Oyun şəhərdə yaşayan azərbaycanlıların növbəti kütləvi aksiyası ilə yadda qalıb.

Virtualaz.org xəbər verir ki, əlverişsiz hava şəraitinə baxmayaraq, stadiona 30 mindən çox azarkeş toplaşıb. Oyun boyu onlar “Qarabağ bizimdir, bizim olacaq” şüarını səsləndiriblər.

Xatırladaq ki, İranın azərbaycanlı əhalisi arasında etiraz dalğasına səbəb Ermənistanın baş naziri Nikol Paşinyanın İrana səfəri zamanı erməni diasporunun nümayəndələrinin “Qarabağ Ermənistandır” yazılmış plakatı nümayiş etdirmələri olmuşdu.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu