Şəhidimiz dəfn edilib-


Şəhidimiz dəfn edilib-


Ermənilərin təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Əlləzov Əlləz Ələddin oğlu dəfn olunub.

ONA-nın məlumatına görə, Ə.Əlləzov doğulduğu Qazax rayonu, Yuxarı Salahlı kəndində torpağa tapşırılıb.

Dəfn mərasimində Qazax rayon İcra Hakimiyyətinin rəhbərliyi, Müdafiə Nazirliyinin zabitləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, martın 26-da gün ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində təxribatlara əl atıb. Düşmən tərəfindən bölmələrimizin mövqelərinin atəşə tutulması nəticəsində cəbhənin Füzuli rayonu istiqamətində Azərbaycan Ordusunun hərbi qulluqçusu Əlləzov Əlləz Ələddin oğlu şəhid olub.

Eyni zamanda Ermənistan mətbuatı Ermənistan-Azərbaycan dövlət sərhədində Azərbaycan tərəfinin guya mühəndis işləri həyata keçirməklə mövqeləri irəli çəkmək cəhdi barədə xəbər yayıb.

Azərbaycan Müdafiə Nazirliyi rəsmi olaraq bildirib ki, bu məlumatlar həqiqətə uyğun deyil, Ermənistan tərəfinin növbəti təxribatıdır və cəbhədə vəziyyəti gərginləşdirmək məqsədi daşıyır: “Azərbaycan Ordusu bölmələrinin qəti və adekvat tədbirləri nəticəsində düşmənin atəş nöqtələri susdurularaq onun növbəti təxribatlarının qarşısı alınıb.

Hazırda cəbhə xəttində vəziyyət bölmələrimizin tam nəzarəti altındadır”.

Şəhidimiz dəfn edilib-

Şəhidimiz dəfn edilib-

Şəhidimiz dəfn edilib-



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu