Tərtərdə aprel şəhidi Nicat İşgəndərovun xatirəsi anılıb


Tərtərdə aprel şəhidi Nicat İşgəndərovun xatirəsi anılıb


Bu gün 2016-cı ilin aprel ayında Lələtəpə yüksəkliyinin işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş həmyerlimiz Nicat İsgəndərovun şəhidlik zirvəsinə ucaldığı gündür. Bu münasibətlə rayon icra hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin nümayəndələri, keçmiş döyüşçülər, təhsil aldığı məktəbin kollektivi və ictimaiyyət nümayəndələri şəhidin məzarını ziyarət edib, ruhuna dua oxunub. Məktəblilər tərəfindən dövlət himni səslənib, vətənə, dövlətə, şəhdlərimizə həsr olunmuş şeirlər söylənib.

Sonra nümayəndələr şəhidin evində olub, ailə üzvləri ilə birlikdə çay süfrəsi arxasında şəhidlə bağlı xatirələrini bölüşüblər. Qeyd olunub ki, aprel döyüşləri bir daha sübut etdi ki, Azərbaycanın güclü ordusu var. Ordu və xalq birliyi vəhdət təşkil edir. Azərbaycan Ordusu Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı bütün torpaqlarımızı azad etməyə qadirdir və buna hazırdır.

Məlumat üçün bildirək ki, Nicat Bəhruz oğlu İsgəndərov 1989-cu il avqustun 4-də Tərtər şəhərində anadan olub. Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətini başa vurduqdan sonra gizirlik məktəbində təhsil alıb. Sonra Vətənə xidmətini cəbhənin Füzuli istiqamətində davam etdirib. Gizir Nicat İsgəndərov 2016-cı ilin aprel ayında Ermənistan silahlı birləşmələrinin təxribatının qarşısının alınmasında iştirak edib. Lələtəpə yüksəkliyinin işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Döyüşdə göstərdiyi şücaətə görə ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edilib. Tərtər rayon İcra Hakimiyyəti tərəfində şəhərin böyük küçələrindən birinə şəhidin adı verilib, baralyefi quraşdırılıb, mənalı həyat və qəhramanlıqla dolu döyüş yolundan bəhs edən sənədli film çəkilib.

Şəhid Nicat İsgəndərovun atası Bəhruz İsgəndərov və anası Maya İsgəndərova Qarabağ müharibəsi veteranlarına, əlillərə və şəhid ailələrinə olan diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Tərtərdə aprel şəhidi Nicat İşgəndərovun xatirəsi anılıb

Tərtərdə aprel şəhidi Nicat İşgəndərovun xatirəsi anılıb

Tərtərdə aprel şəhidi Nicat İşgəndərovun xatirəsi anılıb

Tərtərdə aprel şəhidi Nicat İşgəndərovun xatirəsi anılıb

Tərtərdə aprel şəhidi Nicat İşgəndərovun xatirəsi anılıb

Tərtərdə aprel şəhidi Nicat İşgəndərovun xatirəsi anılıb



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu