Qarabağ döyüşlərində itkin düşmüş əsgərin 25 ildən sonra məzarı tapılıb- FOTOLAR

Xəbərin çap versiyası
Tarix: 25-04-2019, 19:55    |    Xəbər oxunub: 619 dəfə
Qarabağ döyüşlərində itkin düşmüş əsgərin 25 ildən sonra məzarı tapılıb-


AFN// Qarabağ döyüşlərində itkin düşmüş 1975-ci il təvəllüdlü, Neftçala rayon sakini İlqar Həsənalı oğlu Nəcəfovun məzarı 25 ildən sonra İmişlidə aşkarlanıb.

Neftçalanın Xolqarabucaq kənd sakini, Qarabağ savaşında itkin düşmüş şəhidin atası Həsənalı Nəcəfov İmişlinin Şəmmədli kənd qəbristanlığında naməlum şəhid məzarlarının olduğunu eşidir. Rayonun axundu Adıgözəl Bəşirovla əlaqə saxlayıb öyrənir ki, vaxtı ilə həmin qəbristanlıqda 32 naməlum şəhid dəfn olunsa da, artıq 25-nin şəxsiyyəti müəyyənləşib. Amma 7 şəhidin qəbri hələ də naməlum olaraq qalır. Şəhidlər dəfn olunarkən onların şəkilləri də çəkilib. Şəhidin atası Həsənalı Nəcəfov özü ilə apardığı oğluna aid olan şəkli təqdim edərkən axund Adgözəl Bəşirov şəklin dəfn olunan şəhidlərdən birinin şəkli ilə uyğun gəldiyini bildirib. Daha sonra axund İlqar Nəcəfovun dəfn olunduğu məzarın yerini şəhidin atasına göstərib.

Şəhidin atası Həsənalı Nəcəfov Neftçala Rayon İcra Hakimiyyətinə müraciət edərək oğlunun məzarının doğulduğu Neftçala rayonunun Xolqarabucaq kəndinə köçürülməsi üçün köməklik istəyib. Şəhid atasının müraciəti əsasında aprelin 25-də Neftçala Rayon İcra Hakimiyyətinin əməkdaşlarının və rayonun axundu Hacı Mirseymur Əliyevin iştirakı ilə məzarın köçürülməsi üçün İmişli rayonunun Şəmmədli kəndinə gedib, məzar açılaraq şəhidin nəşinin qalıqları çıxarılıb. Bu gün axşam saatlarında şəhidin nəşinin qalıqları çıxarılaraq Neftçala rayonunun Xolqarabucaq kəndinə gətirilib və kənd qəbristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, İlqar Nəcəfov 1994-cü il yanvarın 10-da Füzuli rayonunun Əbdülrəhmanlı kəndi uğrunda gedən döyüşlərdə itkin düşmüşmüşdü.(Report)

Qarabağ döyüşlərində itkin düşmüş əsgərin 25 ildən sonra məzarı tapılıb-
Qarabağ döyüşlərində itkin düşmüş əsgərin 25 ildən sonra məzarı tapılıb-
Qarabağ döyüşlərində itkin düşmüş əsgərin 25 ildən sonra məzarı tapılıb-
Qarabağ döyüşlərində itkin düşmüş əsgərin 25 ildən sonra məzarı tapılıb-
Qarabağ döyüşlərində itkin düşmüş əsgərin 25 ildən sonra məzarı tapılıb-
Qarabağ döyüşlərində itkin düşmüş əsgərin 25 ildən sonra məzarı tapılıb-





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Məhkəmə hakimi polis rəisləri ilə bağlı DİN-ə müraciət etdi

Məhkəmə hakimi polis rəisləri ilə bağlı DİN-ə müraciət etdi

AzTV-də yeni təyinatlar:

AzTV-də yeni təyinatlar: tanınmışlar iş başında

“Google”-dan “Huawei”-yə zərbə -

“Google”-dan “Huawei”-yə zərbə - Əməkdaşlığı dayandırıb

Müəllimin ucbatından məktəbli Ruzi komaya düşdü –

Müəllimin ucbatından məktəbli Ruzi komaya düşdü – Video+Təfərrüat

Dövlətə xəyanətdə ittiham edilən şəxsə hökm oxundu

Dövlətə xəyanətdə ittiham edilən şəxsə hökm oxundu

Qarabağ qazisi ölkə rəhbərinə müraciət etdi -

Qarabağ qazisi ölkə rəhbərinə müraciət etdi - FOTOLAR

“…harda müxalif düşüncəli adam gördünüz, tüpürün üzünə” -

“…harda müxalif düşüncəli adam gördünüz, tüpürün üzünə” - Biabırçılıq

Təhsil sahəsinə ayrılan 50 milyon manat niyə xərclənməyib?-

Təhsil sahəsinə ayrılan 50 milyon manat niyə xərclənməyib?- ŞƏRH

ATU-da xəstəyə ilk hibrid müdaxilə icra edilib-

ATU-da xəstəyə ilk hibrid müdaxilə icra edilib- FOTOLAR

İsgəndər Həmidovun vəziyyəti pisləşdi-

İsgəndər Həmidovun vəziyyəti pisləşdi- xaricə aparılır

Dərsliklərin çəkisi yüngülləşdirilir

Dərsliklərin çəkisi yüngülləşdirilir

Xətaiyə yeni icra başçısı gəlir?

Xətaiyə yeni icra başçısı gəlir?

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur