ISESCO-nun baş direktoru: "Bu torpaqlar yenidən Azərbaycana qovuşmalıdır"


ISESCO-nun baş direktoru:


Bizim hamımıza məlum olan reallıq ondan ibarətdir ki, Azərbaycanın 20 faiz ərazisi Ermənistanın işğalı altındadır. Bu da beynəlxalq hüququn pozulmasıdır. BMT-nin Təhlükəsizlik Şurasının bununla bağlı qətnamələri var.

Azvision.az xəbər verir ki, bu fikirləri V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda ISESCO-nun Baş direktoru Əbdüləziz Osman əl-Tuveycri deyib.

Baş direktor vurğulayıb ki, Azərbaycan sülh, dialoq və qarşılıqlı hörmətə, yanaşmaya əsaslanan ölkədir. Dünya Azərbaycana yardım etmir, dünya Azərbaycana ədalətsiz yanaşır. Ancaq bu torpaqlar yenidən Azərbaycana qovuşmalıdır. Bu, sülhə aparan yoldur, bu, dialoqun uğurlu olmasına aparan yoldur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu