Bəxtiyar Əliyev : "Nəyə görə həmsədr ölkələr Ermənistana təzyiq göstərmir?"


"Bu gün cəmiyyətimizi ən çox narahat edən məsələ, problem Dağlıq Qarabağ məsələsi və erməni işğalında olan ata-baba yurdlarımıza baş çəkmək üçün Kəlbəcərə gedən iki vətəndaşımızın girov götürülməsidir".

AFN xəbər verir ki, bunu Milli Məclisin (MM) qarşıdan gələn 2015-ci il yaz sessiyası ilə bağlı parlamentin Elm və təhsil komitəsinin yanvarın 29-da keçirilən iclasında sözügedən komitənin sədr müavini Bəxtiyar Əliyev dilə gətirib.

"Eyni zamanda, beynəlxalq təşkilatların, ATƏT-in Minsk qrupuna daxil olan dövlətlərin, həmsədrlərin buna açıq-aşkar göz yumması və ikiüzlü siyasət yeritməsidir"-deyən, B. Əliyevin sözlərinə görə, iki Azərbaycan vətəndaşının-Dilqəm Əsgərovla Şahbaz Quliyevin girov götürlməsi, onlar üzərində saxta məhkəmənin qurulması bir daha onu göstərir ki, Ermənistan dünyada terroru dövlət siyasəti səviyyəsinə qaldıran bir dövlətdir:

"Bu ölkə dünyada həm də terroru dövlət siyasəti səviiyəsinə qaldıran, terroru, terrorizmi, terrorçuları himayə edən bir ölkə imici qazanıb. Azərbaycan ictimaiyyəti də, bizimlə görüşən seçicilər, qaçqın-köçkünlərimiz də haqlı olaraq soruşurlar və tələb edirlər ki, nəyə görə ATƏT-in Minsk qrupu, ona həmsədrlik edən 3 ölkə - ABŞ, Rusiya və Fransa Ermənistana qarşı təzyiq göstərmir, həmin ölkəyə sanksiyalar tətbiqü etmirlər?".

Daha sonra çıxışında Azərbaycan ordusunun gündən-günə gücləndiyini, qüdrətləndiyini vurğulayan B. Əliyev Azərbaycan silahlı birləşmələrinin, Azərbaycan əsgərlərinin Ermənistanın diversiya qpurlarının təxribatçı əməllərinə, ermənilərin hücumlarına layiqli cavab verdiyini də söyləyib.

"Avqust ayında və ondan sonra baş verən hadisələr göstərdi ki, Azərbaycan ordusu nə qədər güclü və qüdrətlidir. O, istənilən an düşmənin hücumlarına layiqli cavab vermək və onu yerində oturtmaq qüdrətinə malikdir.

Eyni zamanda bu hadisələr bir də onu göstərdi ki, bütövlükdə Azərbaycan gəncliyi Vətənin müdafiəsinə hazırdır. Onlar hər an Vətənin müdafiəsinə qalxmağa hazırdırlar. Bu, bizim hər birimizi sevindirir və ruhlandırır"-deyə,B. Əliyev daha sonra sözlərinə əlavə edib.

NİCAT



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu