Şagirdlər Milli Qəhrəman Mübariz İbrahimovun ata evini ziyarət ediblər- VİDEO




Ağdam rayon 146 nömrəli köçkün tam orta məktəbin bir qrup şagird və müəllimi Milli Qəhrəman Mübariz İbrahimovun doğulduğu Biləsuvar rayonunun Əliabad kəndində şəhid döyüşçünün valideynlərinə baş çəkiblər.

“Yenigundem” xəbər verir ki, qonaqları mehribanlıqla qarşılayan Milli Qəhrəmanın atası hacı Ağakərim İbrahimov, anası Şamama İbrahimova övladları ilə bağlı xatirələri yada salaraq gənclərə Vətəni Mübariz kimi sevməyi tövsiyə ediblər.

Milli Qəhrəmanın atası hacı Ağakərim İbrahimov,çıxışında qeyd edib ki,oğlum şəhid olana kimi mənim oğlum idi.İndi isə xalqın övladıdı.

Görüşdə məktəbin müəllimlərindən İlham İsmixanoğlu çıxış edərək igid döyüşçü Mübariz İbrahimovun həyat yolunun gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə edilməsində mühüm rol oynadığını, şəhidin qəhrəmanlığının ölkənin bütün gənclərinə örnək olduğunu diqqətə çatdırıb.

Ağdam rayon 146 nömrəli köçkün tam orta məktəbin şagirdləri və müəllimləri Milli Qəhrəman Mübariz İbrahimovun ev-muzeyi ilə yaxından tanış olub, qəhrəmanın valideynləri ilə xatirə şəkli çəkdiriblər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu