Ağstafa Regional Mədəniyyət İdarəsi ”Bizi gözləyən Laçın” adlı konfrans keçirib- FOTOLAR


Ağstafa Regional Mədəniyyət İdarəsi ”Bizi gözləyən Laçın” adlı konfrans keçirib-


Ağstafa Regional Mədəniyyət İdarəsi Qazax rayonunun Qazaxbəyli kəndində məskunlaşmış məcburi köçkünlər üçün salınmış qəsəbədə Laçın rayonunun ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasının 27-ci ilinə həsr olunmuş "Bizi gözləyən Laçın" adlı konfrans və "Laçınsız 27 il" adlı ədəbi-bədii tədbir keçirib. Tədbirdə Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov, xalq artisti Tariyel Qasımov, mədəniyyət işçiləri və qəsəbədə məskunlaşmış məcburi köçkünlər iştirak edib.



Tədbiri giriş sözü ilə açan Vüqar Qədirov bildirib ki, 1992- ci ilin may ayının 18- də terrorçu və təcavüzkar ermənistan tərəfindən Azərbaycanın strateji cəhətdən mühüm əhəmiyyət kəsb edən Laçın rayonunun işğalından 27 il keçir. 1992-ci il xalqımızın tarixinə ən ağır, müdhiş bir il kimi daxil olub. Dağlar qoynunda yerləşərək öz füsunkar gözəlliyi ilə aləmə meydan oxuyan, hər daşında bir sirr yatan Laçın düşmənə təslim edildi. Laçın da Şuşa kimi mühüm hərbi-strateji əhəmiyyətə malik idi. Şuşanın işğalı günü Laçın da güclü top və raket atəşinə məruz qalmışdı. Xəyanət və xəyanətə bərabər məsuliyyətsizlik Dağlıq Qarabağın , bütünlükdə isə Azərbaycanın gələcək taleyi üçün mühüm əhəmiyyətə malik olan Laçını düşmənə təslim etdi. İşğalçı dövlət beynəlxalq hüquq normalarına, zəbt olunan Azərbaycan torpaqlarından Ermənistan qoşunlarının qeyd-şərtsiz çıxarılmasına dair BMT-nin qətnamələrinə məhəl qoymayaraq hazırda Laçında qanunsuz məskunlaşma aparır. Bu gün hər bir azərbaycanlı Qarabağın işğal altından qurtulacağı günü gözləyir. Qarabağa böyük qayıdışın olacağına hamımız inanırıq.Ölkə başçısı İlham Əliyevin bu istiqamətdə apardığı siyasət deməyə əsas verir ki, torpaqlarımızın işğaldan azad ediləcəyi, bir milyondan artıq qaçqın-köçkünümüzün, o cümlədən laçınlıların öz yurdlarına qayıdacaqları gün uzaqda deyil.
Tədbirdə həmçinin Ağstafa Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəsi Valeh Vəliyev, Bağanis Ayrım kənd orta məktəbinin direktoru Əsgər Əsgərov, Ürkməzli kənd sənətkarlıq evinin müdiri, şairə Gülsənəm Cəlilova, şairə Tamella Poladlı da çıxış edib. Məcburi köçkün Şamil Adıgözəlovun çıxışı auditoriyada əyləşənləri kövrəldib. Tədbir Aşağı Əskipara kənd orta məktəbi şagirdlərinin hazırladığı Laçın haqqında ədəbi-bədii kompozisiya ilə davam edib.

Ağstafa Regional Mədəniyyət İdarəsi ”Bizi gözləyən Laçın” adlı konfrans keçirib-

Ağstafa Regional Mədəniyyət İdarəsi ”Bizi gözləyən Laçın” adlı konfrans keçirib-

Ağstafa Regional Mədəniyyət İdarəsi ”Bizi gözləyən Laçın” adlı konfrans keçirib-



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu