Elmar Məmmədyarovdan həmsədrlərin Dağlıq Qarabağla bağlı yeni təkliflərinə münasibət

Xəbərin çap versiyası
Tarix: 21-06-2019, 12:34    |    Xəbər oxunub: 581 dəfə
Elmar Məmmədyarovdan həmsədrlərin Dağlıq Qarabağla bağlı yeni təkliflərinə münasibət


"Aramızda hələ də ciddi fərqlər qalır. Ümumiyyətlə, biz təqdim olunan təklifləri anlayırıq. Bunlar eyni təkliflərdir. Biz 15 ildir müzakirə olunan ideyaları, eyni sülh planını izləyirik".



Bunu Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov iyunun 20-də Vaşinqtonda Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanla görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.

E.Məmmədyarov görüş zamanı "intensiv və dərin” danışıqların aparıldığını qeyd edərək, həmsədrlərin daha məzmunlu danışıqlar üçün əlavə sənədlər təqdim etdiyini söyləyib. O, son vaxtlarda təmas xəttində hərbi durumun gərginləşməsinin xoşagəlməz hal olduğunu bildirərək, eyni zamanda danışıqların davam edəcəyinə əminliyini ifadə edib: "Detallarda bəzi fikir ayrılıqları var idi, ancaq müzakirələrin əsas məğzi də məhz detallardır. Biz dərk edirik ki, daha çox siyasi iradə nümayiş etdirməliyik. Hətta təmas xəttindəki vəziyyət yekunda bəyannamə, yaxud sülh müqaviləsinə doğru irəliləyişə mane olmamaldır.”

E.Məmmədyarov indiyədək tərəflər arasında etimadı gücləndirməyə yönəlik bir sıra mübadilələrin həyata keçirildiyinə diqqət çəkib.

O, problemin həlli istiqamətində bəzi ilkin addımların atılmasının əhəmiyyəti haqqında danışıb.

"Ən vacib elementlərdən biri hərbçilərin kazarmalara qayıtmasıdır. Hərbçilərin kazarmalara qayıtması sülh üçün daha yaxşı zəmin yaradacaq. Vəziyyətin normalaşdırılmasından danışanda digər vacib məsələ Parisdə və Moskva görüşlərimizdə danışdığımız kimi, biz əhalini sülhə hazırlamalıyıq,” - xarici işlər naziri bildirib. ("Amerikanın səsi")




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
ŞOK İDDİA: deputat Vergilər Nazirliyinin əməkdaşlarını döydürüb -

ŞOK İDDİA: deputat Vergilər Nazirliyinin əməkdaşlarını döydürüb - HƏBSLƏR VAR

“İsgəndər Həmidovu ölüm cəzası gözləyirdi”-

“İsgəndər Həmidovu ölüm cəzası gözləyirdi”- tanınmış vəkildən AÇIQLAMA

Azərbaycan həqiqətləri dünyada tanıdılır

Azərbaycan həqiqətləri dünyada tanıdılır

Mehriban Əliyeva:

Mehriban Əliyeva: "Azərbaycanın əsgər və zabitləri ilə fəxr edirəm"

Bakıda güclü yanğın başladı -

Bakıda güclü yanğın başladı -

Şəmkirdə evdə yanğın olub, ölən və xəsarət alanlar var

Şəmkirdə evdə yanğın olub, ölən və xəsarət alanlar var

Qazaxıstanda sutka ərzində iki dəfə zəlzələ olub

Qazaxıstanda sutka ərzində iki dəfə zəlzələ olub

Kabildə toy mərasimində partlayış olub:

Kabildə toy mərasimində partlayış olub: 63 ölü, 183 yaralı

Atəşkəs bu gecə də pozulub

Atəşkəs bu gecə də pozulub

Bu gün dövlət qulluğuna qəbul imtahanı keçirilir

Bu gün dövlət qulluğuna qəbul imtahanı keçirilir

Binəqədidə “Amay Abdulla”ya qarşı aksiya keçirildi -

Binəqədidə “Amay Abdulla”ya qarşı aksiya keçirildi - VİDEO

Leyla Ramazanlı və Zaur Əmiraslanovdan yeni duet -

Leyla Ramazanlı və Zaur Əmiraslanovdan yeni duet - VİDEO+FOTOLAR

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur