Bu gün Zəhranın anım günüdür


Bu gün Zəhranın anım günüdür


2017-ci ilin iyul ayında baş verən erməni təxribatına qurban gedən Zəhranın bu gün anım günüdür.



AFN Cebhe.info-ya istinadən xəbər verir ki, Zəhra Quliyeva 2016-cı ildə Füzuli rayonunun Alxanlı qəsəbəsində anadan olub.

2017-ci ilin iyulun 4-də saat 20:40 radələrində Ermənistan Silahlı Qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı qəsəbəsi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

Ermənistan tərəfinin bu təxribatı nəticəsində 14 aylıq Zəhra Quliyeva və nənəsi 1967-ci il təvəllüdlü Sahibə Quliyeva qətlə yetirilib. Eyni zamanda atəş nəticəsində Sərvinaz Quliyeva yaralanıb və xəstəxanaya çatdırılaraq əməliyyat edilib.

Zəhranın ölümündən sonra sosial şəbəkələrdə geniş "I am Zahra” aksiyası keçirilib, onun faciəsi ilə bağlı kitablar yazılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu