Türkiyə-Fethiyədə "Qarabağ" həqiqətləri anılıb


Türkiyə-Fethiyədə "Qarabağ" həqiqətləri anılıb


“Vətən mənə oğul desə nə dərdim, mamır olub qayasında bitərdim.”- Məmməd Araz çox gözəl deyib bu misraları, Vətənin qayasında mamır olmalıdır hər bir “Vətən” vətəndaşı. Tahirə xanım Məmmədova da həmin o “Vətən” qayasında mamır olmağa həyatını həsr etmiş xanımdır.



Azərbaycan-İraq Mədəni Əlaqələr İctimai Birliyinin sədri, Dünya sülh səfiri və BMTN- nin nəzdində “VANQO”- nun üzvü olan Tahirə xanım bu günlərdə Türkiyədən işgüzar səfərdən qayıdıb. Qarabağın ən gözəl guşələrindən olan Şuşa şəhərində doğulub, böyüyən bu xanım, həmişə fəallığı və vətənpərvərliyi ilə seçilib. Onun bu səfərinin əsas məqsədi də yenə “Vətən”, yenə “Qarabağ” olub. Tahirə xanım Türkiyənin Fethiye şəhərində qonaq olub, bir sıra rəsmilərlə görüşüb. Öncə “Fetav”da görüş keçirilib, “Fetav”ın rəhbəri Dilek Dincer xanım Tahirə xanımı yüksək qonaqpərvərliklə qarşılayıb. Eyni zamanda Fethiye şəhər Yazıçılar birliyinin başçısı Ünol Şöhret Dirlik bəylə, yüksək səviyyəli uşaq festifallarının təşkilatçısı Ayhan Gültaş bəylə də görüşdə birgə keçiriləcək mühüm layihələrin təməli qoyulub.

Daha sonra Fethiye şəhərinin Bələdiyyə başçısı Alim Karaca bəyin və Fethiye Kaykamamı Muzeffer Şahiner bəyin rəsmi qəbulunda olub. Tahirə xanım, orada da yüksək qonaqpərvərliklə qarşılanıb, Fethiyede yeni açılacaq olan “Qarabağ” küçəsinin açılacağını eşidən Tahirə xanım, Bələdiyyə başçısına və Kaymakama Təşəkkür plaketi, Azərbaycan Bayrağı, “Qarabağ dünən və bu gün” adlı kitab, eyni adlı filmin diskini hədiyyə edib. Tahirə xanım Bələdiyyə başçısına “Qarabağ” küçəsinin adının, “Qarabağ” deyil, “Azərbaycan Qarabağ” küçəsi olmasını və bununla bağlı önümüzdəki ayların birində böyük bir konfrans təşkil edilməsini təklif edib. Bu təklif alqışla qarşılanıb və dəstəklənib. “Azərbaycan Qarabağ” küçəsinin açılışı da konfransın keçiriləcəyi vaxta təyin olunub.

Azərbaycan-İraq Mədəni Əlaqələr İctimai Birliyinin Türkiyə təmsilçisi, yazıçı-publisist, “Oskar” mükafatı laureatı Mustafa Taner bəy bütün bu görüşləri təşkil edərək, Tahirə xanıma böyük dəstək vermişdir.

Türkiyə-Fethiyədə "Qarabağ" həqiqətləri anılıb



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu