Qənirə Paşayeva şəhid Təbriz Musazadəyə həsr olunmuş tədbirdə çıxış edib


Qənirə Paşayeva şəhid Təbriz Musazadəyə həsr olunmuş tədbirdə çıxış edib


Millət vəkili Qənirə Paşayeva Mudafiə Nazirliyi Mədəniyyət Mərkəzi və"Şəhid övladları və kimsəsiz usaqlara yardim" İB-nin təskilatçılığı ilə şəhid pilot, mayor Təbriz Musazadəyə həsr olunmus tədbirdə çıxış edib, onun qəhrəmanlıq yolundan danışıb və gənclərə çağırış edib.

AFN xəbər verir ki, tədbirdə şəhid anaları, qazilər, millət vəkilləri, şəhid T.Musazadənin ailə üzvləri, iş yoldaşları, ictimaiyyət nümayəndələri iştirak edib. Toplantıda çıxış edən millət vəkili Q.Paşayeva bu cür tədbirin keçirilməsi üçün təşəkkür edərək vurğulayıb ki, nə qədər ki, Azərbaycan xalqı var, qəhrəman şəhidlərimizin əziz xatirəsi heç vaxt unudulmayacaqdır. Deputat bildirib ki, Təbriz Musazadənin ömür yolu bugünki gənclərə əsl örnəkdir. NQ.Paşayeva televiziyalara çağırış edərək qəhrəman şəhidlərimiz haqqında hazırlanan filmlərin televiziyalarda tez-tez nümayişinə çağırıb: "Torpaqlarımızın 20 faizi hələ də düşmən işğalı altındadır və gənclərimizin vətənpərvərlik ruhunda yetişməsi üçün Təbriz Musazadə kimi qəhrəmanların həyat yolundan gənclərimiz örnək almalıdır, böyüyən gənclərimizin bu qəhrəmanlarımızı tanıması üçün ziyalılarımız, müəllimlərmiz, hər birimiz fəal olmalıyıq, qəhrəman şəhidlərimiz haqqında çəkilən bu cür filmlər orta məktəblərdə uşaqlarımıza, böyüyən gəncliyimizə nümayiş olunmalıdır"

Millət vəkili Q.Paşayevanın tədbirdə çıxış videosunun linkini burdan izləyə bilərsiniz:



Qənirə Paşayeva şəhid Təbriz Musazadəyə həsr olunmuş tədbirdə çıxış edib
Qənirə Paşayeva şəhid Təbriz Musazadəyə həsr olunmuş tədbirdə çıxış edib
Qənirə Paşayeva şəhid Təbriz Musazadəyə həsr olunmuş tədbirdə çıxış edib



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu