"Fəryad" filminin jest dilində tərcüməsi nümayiş olunub


"Fəryad" filminin jest dilində tərcüməsi nümayiş olunub


"Nizami" Kino Mərkızində Araxçın/Silent Communication komandası ənənəsinə sadiq qalaraq növbəti dəfə jest dilində film nümayiş etdirib.



Ötən il Elnarə Xəlilova ilə birgə ərsəyə gətirdikləri "Xocalıya ədalət" klipini təqdim edən komanda heyəti bu il Ceyhun Mirzəyevin rejissorluğu və canlandırdığı İsmayıl rolu ilə soyqırım dəhşətinin işıqlandırılmasında mühüm rol oynayan "Fəryad" filminin jest dilində tərcüməsini nümayiş edib. Təqdimatı açıq elan edən aparıcı Samir Bayramlı və Silent Communication komandasının təlimçi və tərcüməçisi Könül Quliyeva Xocalı Soyqırımı barədə qısa məlumat veriblər. Daha sonra ötən il Elnarə Xəlilova ilə birgə ərsəyə gətirdikləri “Xocalıya Ədalət” klipi nümayiş etdirilib. Sonra Azərbaycan Respublikasının Xalq artisti Hacı İsmayılov, müğənni Elnarə Xəlilova və Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin vitse prezidenti Hacı Quliyev öz təəssüratlarını bölüşmək üçün səhnəyə dəvət olunublar.
Tədbir boyu bütün danışıqları Silent Communicatin komandasının rəhbəri Şamil Sabirzadə jest dilinə tərcümə edib.

"Fəryad" filminin jest dilində tərcüməsi nümayiş olunub
"Fəryad" filminin jest dilində tərcüməsi nümayiş olunub
"Fəryad" filminin jest dilində tərcüməsi nümayiş olunub



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu