Deputatlar şəhid polkovnik İlqar Mirzəyevin ailəsini ziyarət ediblər


Deputatlar şəhid polkovnik İlqar Mirzəyevin ailəsini ziyarət ediblər


Millət vəkilləri Qənirə Paşayeva, Məşhur Məmmədov, Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı Tovuzda düşmən hücumunu dəf edərkən qəhrəmancasına şəhid olmuş polkovnik İlqar Mirzəyevin ailəsini ziyarət ediblər.



AFN xəbər verir ki, Q.Paşayeva şəhid polkovnikin ailə üzvlərinə, onun və silahdaşlarının şəhid olmasından cəmi 4-5 saat öncə etdiyi söhbətlərdən danışaraq, polkovnikin və silahdaşlarının qətiyyət və fədakarlığının, yüksək vətənpərvərlik ruhunun canlı şahidi olduğunu bildirib. Q.Paşayeva məlumat verib ki, İlqar Mirzəyevin o cümlədən Tovuz istiqamətində qəhrəmanlıqla şəhid olan digər qardaşlarımızın həyat yolu ilə bağlı məqalələr və haqlarında xatirələr toplanmış kitabların nəşri planından xəbərdardır. Millət vəkili gənc nəsillərimizin bu qəhrəman qardaşlarımızı daha geniş tanımasına xidmət edən layihələrə hər zaman dəstək olacağını deyib.
Millət vəkili Məşhur Məmmədov İlqar Mirzəyev və silahdaşlarının öz şəhidlikləri ilə milli birliyə, həmvətənlərimizin ümumdünya səviyyəsində həmrəyliyinə çox böyük xidmət göstərdiyini deyib. Hər iki millət vəkili, şəhid polkovnikin övladlarının təhsilini davam etdirməklə bağlı arzuları, qayğıları ilə maraqlanıb. Qeyd olunub ki, şəhidlərimizin hər birinin ailəsi dövlətimizin ali rəhbərliyinin, cənab Prezidentin və hörmətli Mehriban xanımın diqqətindədir və bizim hər birimizin də borcu, şəhid ailələrinə münasibətdə ali rəhbərlikdən örnək götürməkdir.
Yazar Əkbər Qoşalı şəhidin ailə üzvləri ilə ürək sözlərini bölüşüb.

Deputatlar şəhid polkovnik İlqar Mirzəyevin ailəsini ziyarət ediblər



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu