Cəbhədəki son vəziyyətlə bağlı brifinq keçirilib VİDEO


Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan tərəfinin cəbhədə etdiyi təxribatla bağlı brifinq keçirir.



“Qafqazinfo” xəbər verir ki, brifinqdə Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov da iştirak edir.

***

H.Hacıyev bildirib ki, Ermənistan tərəfi bu dəfə də öz acizliklərini göstərərək mülki əhalinin yaşadığı əraziyə ağır artilleriyadan atəş açırlar: "Naftalanda bir ailənin 5 üzvü şəhid olub, onların arasında azyaşlılar da var. Bu, Ermənistanın xislətini üzə çıxarır. Tərtər rayonunda Xalça toxuculuq fabrikinə zərər dəyib, polis şöbəsi atəşə tutulub. Bununla bağlı diplomatik korpuslar da geniş məlumatlandırılıb.

Son günlər Ermənistan tərəfi cılız, reallıqdan uzaq saxta məlumatlar hazırlanıb sosial şəbəkələrə buraxılır. Belə saxta məlumatlara heç Ermənistan xalqı da inanmaz. Azərbaycan Silahlı Qüvvələri beynəlxaq humanitar prinsiplərə uyğun davranırlar. Bizim məqsədimiz işğal altında olan torpaqları azad etməkdir".

Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib ki, Azərbaycan Silahlı Qüvvələri əks hücum əməliyyatları davam etdirilir: "Talış kəndi ətrafında bir neçə əlverişli yüksəklik azad olunub. Ermənistan tərəfi döyüş itkilərini azaldır. Kəşfiyyat məlumatına əsasən, Ermənistan tərəfinin 24 tank, 15 ASA zenit raket sistemi məhv edilib, 550-dək canlı qüvvəsi ya ölüb, ya da ağır yaralanıb. Həlak olanlar arasında Suriyadan gətirilmiş erməni əsilli muzdlular da aşkarlanıb. Ermənistan tərəfi bunu gizlətməyə çalışır".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu