“Nyu-York Times” Qarabağa icazəylə gəlib


Amerikalı jurnalistlər Dağlıq Qarabağa icazə alaraq gediblər

Xarici İşlər Nazirliyindən afn.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının qanunlarına riayət edərək, Nyu-York Times qəzetinin əməkdaşları tərəfindən Ermənistan-Azərbaycan münaqişəsi haqqında reportaj hazırlamaq məqsədilə Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş ərazilərinə səfər edilib.
Nyu-York Times tərəfindən səfər niyyəti barəsində əvvəlcədən Azərbaycan Respublikasına məlumat verilib, Azərbaycan Respublikasının ərazisinə daxil olmaq üçün Nyu-York Times əməkdaşlarına giriş vizası rəsmiləşdirilib və Azərbaycan Respublikası ərazisində, o cümlədən işğal olunmuş ərazilərdə jurnalist fəaliyyəti ilə məşğul olmaq üçün Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən müvafiq akkreditasiya kartı verilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu