Zəngəzur, Göyçə, İrəvan mahalı bizim tarixi torpaqlarımızdır - İlham Əliyev


“Azərbaycan torpaqları 30 il yaxın işğal altında idi. 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti torpaqlarımızın işğal altına düşməsinə səbəb oldu”.



Bunu Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Zəfər paradında çıxışı zamanı bildirib.

İlham Əliyevin sözlərinə görə, əslində, Ermənistanın təcavüzkar siyasəti hələ 1980-ci illərin sonlarından başlamışdı:

“O vaxt indiki Ermənistan Respublikasında yaşamış 100 minlərlə azərbaycanlı öz dədə-baba yurdundan didərgin salındı. Zəngəzur, Göyçə, İrəvan mahalı bizim tarixi torpaqlarımızdır.

Xalqımız əsrlər boyu orada yaşayıb. Ancaq Ermənistan rəhbərliyi o vaxt 100 minlərlə azərbaycanlını öz torpaqlarından didərgin salmışdı. Dğlıq Qarabağda da eyni mənzərə olmuşdu. Ermənistan tərəfi Azərbaycanın dinc əhalisinə qarşı hərbi cinayət, Xocalı Soyqırımı törətmişdi”.

“Biz uzun illər bütün beynəlxalq tədbirlərdə Qarabağla bağlı həqiqətləri çatdırırdıq. Böyük iş aparmışıq. Bu işin səmərəsi oldu. Baxmayaraq ki, biz ərazi bütövlüyümüzü döyüş meydanında qazandıq.

Hesab edirəm ki, son illər apardıımız siyasi və diplomatik səylər öz bəhrəsini verdi”, - deyə o qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu