Suriya ermənilərinin Dağlıq Qarabağda yerləşdirilməsinin açıq bəyanı


"Suriya ermənilərini təkcə İrəvanda, Ermənistanın vilayətlərində deyil deyil, Dağlıq Qarabağda yerləşdirmək lazımdır".

APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, bunu Ermənistanın hakim Respublika Partiyasının deputatı Taçat Vardapetyan iyunun 9-da keçirdiyi mətbuat konfransında deyib.

Ermənistan-Suriya parlament dostluq qrupunun Ermənistan tərəfdən nümayəndələrinin 1-5 iyun tarixlərində Suriyaya səfərini şərh edən T. Vardapetyan bildirib ki, Suriya ermənilərinin yaşaması və işləməsi üçün Dağlıq Qarabağda da imkan var: “Suriyada ənənəvi erməni icmasından köçün olması xoş olmasa da, Ermənistan hökuməti bütün mümkün olanı edir və edəcək ki, öz soydaşlarını yerləşdirsin”



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu