Ermənilərin Kəlbəcərdə Azərbaycana vurduğu ziyanın həcmi açıqlandı


Ermənilər tərəfindən təkcə Kəlbəcərdəki mineral su bulaqlarının istismarı Azərbaycana 7.5 milyard manat həcmində ziyan vurub.



Bunu AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov deyib.

O qeyd edib ki, ermənilər həmin suları qablaşdıraraq öz adları ilə ixrac ediblər. Bizə məxsus qızıl, civə yataqlarından onların əldə etdikləri gəlir isə qat-qat artıq olub ki, bu da bizim itkilərimizin hesabındadır.

Kəlbəcərin təbii ehtiyat potensialının təsərrüfatın inkişafına geniş imkanlar yaratdığını diqqətə çatdıran alim ərazidə yenidənqurma, bərpa layihələrinin həyata keçirilməsi üçün ciddi landşaft planlaşdırılmasının aparılması, relyefin, təbii şəraitin nəzərə alinmasının vacibliyini qeyd edib.

İnstitut rəsmisi bidirib ki, Kəlbəcər yüksək dağlıq şəraitinə malik olduğundan burada əkinçilik təsərrüfatındansa, mal-qaranın inkişaf etdirilməsi ilə daha yaxşı nəticələr əldə etmək olar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu